Azərbaycan nümayəndə heyəti Dərbəndin 2000 illiyinə həsr olunan mərasimdə iştirak edib
22.09.2015 [10:26]
Dərbənd şəhərinin 2000 illiyinin keçirilməsi münasibətilə təşkil edilən təntənəli mərasimdə Azərbaycan tərəfindən rəsmi nümayəndə heyəti iştirak edib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə daxil olub.
Qonaqlar Dərbənd şəhərinin mərkəzində yeni restavrasiya olunmuş Heydər Əliyev küçəsində, bu küçədə yerləşən təhsil müəssisələrində və sosial obyektlərdə, Azərbaycan teatrı binasının tikilməsi üçün ayrılan sahədə və azərbaycanlıların yaşadıqları məhəllələrdə sakinlərlə görüşüb söhbət ediblər.
Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov, həmçinin mərasimdə iştirak etmək üçün Moskvadan gələn nümayəndələr, Şimali Qafqaz respublikalarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.
Təntənəli mərasim Dərbəndin qədim qalası Narınqalada baş tutub. Prezident Vladimir Putinin və Rusiya hökuməti adından Baş nazir Dmitri Medvedevin təbrikindən sonra Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini səsləndirib. Yüzlərlə qonağın və şəhər sakinlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Prezidentinin təbriki yüksək coşqu ilə qarşılanıb.
Mərasimin sonunda Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə yüksək diqqətinə görə təşəkkür edib, Dərbənd şəhərinin quruculuğunda Azərbaycanın iştirakından məmnunluqla söhbət açıb. O, Dağıstanın ağır günlərində bu respublikaya rəhbərlik etmiş, bu gün də qayğıkeş rəhbər və ağsaqqal kimi xatırlanan Əziz Əliyev haqqında minnətdarlıqla danışıb.
Azərbaycan mədəniyyət xadimlərindən bu mərasimin konsert hissəsinə qatılan Polad Bülbüloğlunun və Mələkxanım Əyyubovanın çıxışları alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25

