Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi Gəncədə birgə seminar-məşğələ keçirib
22.09.2015 [10:25]
Sentyabrın 21-də Gəncə şəhər Baş Polis İdarəsində Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi birgə seminar-məşğələ keçirib.
AZƏRTAC xəbər verir ki, seminar-məşğələdə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri, 27 şəhər və rayonun dairə seçki komissiyasının sədrləri, polis orqanlarının xidmət üzrə rəis müavinləri, eləcə də ictimai təhlükəsizlik üzrə şöbə və bölmələrin rəisləri iştirak ediblər.
Seminarı Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov açıb. H.Eyvazov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən bu ilin noyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində mühüm amillərdən biri də ictimai asayişin etibarlı qorunmasıdır. Bu məqsədlə Azərbaycan Respublikasında Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilərək, icrası nəzarətə götürülüb. Elə bu seminar-məşğələnin keçirilməsində də əsas məqsəd daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir.
Çıxışda o da qeyd edilib ki, DİN-in bütün orqan və nizami polis hissələri oktyabr ayının 27-dən noyabr ayının 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq, zərurət olduqda səhhətinə görə seçki məntəqəsinə gələ bilməyən seçicilərin yaşadıqları və digər yerlərə seçki qutusu aparan komissiya üzvlərinin müşayiəti və mühafizəsi təmin ediləcəkdir. Bundan başqa, ictimai yerlərdə, küçələrdə hüquq qaydasının nümunəvi təmin edilməsi məqsədilə şəxsi heyətin hesabına post-patrul naryadlarının sayı artırılacaqdır.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov və İlkin Şahbazov “Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddəaları. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları”, “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər” mövzularında maarifləndirici çıxışlar ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

