/ / ATƏT DTİHB-nin keçirilməmiş seçkiləri şübhə altına alması “Avropa demokratiyası”nın əsl mahiyyətini göstərir
ATƏT DTİHB-nin keçirilməmiş seçkiləri şübhə altına alması “Avropa demokratiyası”nın əsl mahiyyətini göstərir
17.09.2015 [10:06]
“Demokratiya” məfhumunu monopoliyaya alan Qərbdəki bəzi dairələr bu məsələdən istifadə edərək Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar
Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasi kurs dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir
Bununla yanaşı, Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Eyni zamanda, demokratik islahatları uğurla davam etdirən Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Buna paralel olaraq, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də, qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyəti strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
ATƏT DTİHB-nin mövqeyi paradoksal və qərəzlidir
Sadalananların fonunda ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. Amma “demokratiya” məfhumunu monopoliyaya alan Qərbdəki bəzi dairələr bu məsələdən istifadə edərək müstəqil milli dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bunu isə müxtəlif manipulyasiyalar vasitəsilə həyata keçirirlər. Qeyd etdiyimiz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi ilə bağlı bəyanatı bu qəbildən olan nümunələrdəndir. Əvvəla onu qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərdiyi halda, bu təsisat qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. Yəni ATƏT DTİHB Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu isə, öz növbəsində, ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına ziddir.
Digər tərəfdən, “Avropa demokratiyası”nın nümunəsi olan bu cür yanaşma, sadəcə olaraq, ikrah hissi yaradır, çünki ATƏT DTİHB belə mövqe ilə hələ keçirilməmiş seçkilərin nəticəsini şübhə altına almağa çalışır. Halbuki Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin yüksək şəkildə təminatını göstərir. Bu isə ölkədə seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasını mümkün edir.
Eyni zamanda, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində xeyli təkmilləşdirmə işləri aparılıb. Bununla yanaşı, Azərbaycan dövləti keçirilən bütün seçkilərin geniş beynəlxalq müşahidəçi missiyaları tərəfindən izlənilməsində maraqlıdır. Məhz buna görə də, müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir.
Sadalananlar isə deməyə əsas verir ki, qarşıdan gələn parlament seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi olacaq. Ölkəmiz bu seçkiləri də beynəlxalq standartlara uyğun şəkildə, azad və şəffaf keçirmək əzmini ortaya qoyacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

