Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

12.08.2015 [09:54]

Avqustun 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğu vurğulanıb, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək, onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edib.

 
Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30