/ / Azərbaycan mətbuatının davamlı inkişafını şərtləndirən əsas amil dövlətin mediaya yüksək səviyyəli diqqət və qayğısıdır
Azərbaycan mətbuatının davamlı inkişafını şərtləndirən əsas amil dövlətin mediaya yüksək səviyyəli diqqət və qayğısıdır
24.07.2015 [09:39]
Əli Həsənov: Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz problemləri kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir
Bəlli olduğu kimi, Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti və mətbuat nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin, əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda tətbiq edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Ulu öndər Heydər Əliyev Azərbaycanda yeni nəsil medianın təməlini qoydu
Azərbaycan mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm addımlardan biri mətbuatın böyük hamisi olan Ümummilli liderimiz Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi oldu. Sonrakı dövrdə də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə informasiya üzərində inzibatçılığı aradan qaldırmaq, onun sərbəst şəkildə yayılmasını, vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnun bərqərar olunmasını təmin etmək üçün bir sıra addımlar atıldı. Bundan başqa, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu.
2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, iyulun 22-də jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafındakı xidmətlərindən danışaraq diqqətə çatdırıb ki, Ümummilli lider 1998-ci ildə postsovet məkanında ilk dəfə media üzərindən bütün tənzimləyici mexanizmləri, senzuranı ləğv etdi, Azərbaycanda yeni nəsil medianın təməlini qoydu: “Ulu öndər müstəqil Azərbaycanda jurnalistikanın inkişafı üçün bütün lazımi şəraiti yaratdı. Bundan sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz medianın inkişafı üçün bütün zəruri işləri görür”.
Prezident İlham Əliyev milli mətbuatımızın böyük hamisi və dostudur
Məhz Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Beləliklə, məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.
Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan dövlət vəsaiti Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını bəzi neqativ tendensiyalardan müəyyən mənada ayırdı.
Yeri gəlmişkən, Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanması və bundan sonra mühüm tədbirlərin keçirilməsi də xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məqama da toxunaraq vurğulayıb: “Bilirsiniz ki, Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubileyi ilə bağlı xüsusi Sərəncam imzaladı. Sərəncama əsasən tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı, Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi”.
Dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər milli mətbuatın inkişafında xüsusi əhəmiyyət kəsb edir
Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir hadisə baş verdi. Belə ki, 2013-cü il iyulun 22-də - Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı oldu. Bununla yanaşı, jurnalistlər üçün yeni binanın təməli atıldı - 2013-cü il iyulun 22-də Azərbaycan Prezidenti KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoydu.
Nəticə etibarilə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi: “Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz problemləri kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11

