Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Referendumla əlaqədar 500 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

Referendumla əlaqədar 500 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

13.03.2009 [09:28]

Martın 18-də keçiriləcək referendumda səsvermənin gedişatını seçki məntəqələrində quraşdırılacaq veb-kameralarla izləmək mümkün olacaq. Martın 12-də Texniki Nəzarət Mərkəzində seçki məntəqələrində veb-kameraların quraşdırılması prosesinə baxış olub. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və digər rəsmi şəxslər proseslə tanış olublar. M.Pənahov deyib ki, MSK referendumda səsvermənin gedişinin geniş ictimaiyyət tərəfindən müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün lazımi şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədi ilə əlavə tədbirlərin görülməsini zəruri hesab edib. Bununla əlaqədar, 2008-ci ilin prezident seçkilərində olduğu kimi, bu il də 500 seçki məntəqəsində veb-kamera quraşdırılması nəzərdə tutulub. Artıq işlərin 95 faizi görülüb. Yaxın bir-iki gün ərzində bütün işlər başa çatdırılacaq. Arzu edən hər bir şəxs səsvermə günü veb-kameralar quraşdırılmış seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) Mərkəzi Seçki Komissiyasının internet saytları vasitəsilə əvvəldən sonadək izləmək imkanı əldə edəcək.

Paylaş:
Baxılıb: 1569 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30