/ / İlk Avropa Oyunlarına qarşı olan islamofob dairələr, anti-Azərbaycan mərkəzlər və erməni lobbisi öz məğlubiyyətinin acısını yaşayır
İlk Avropa Oyunlarına qarşı olan islamofob dairələr, anti-Azərbaycan mərkəzlər və erməni lobbisi öz məğlubiyyətinin acısını yaşayır
01.07.2015 [10:13]
Xalq-iqtidar birliyi bu dəfə də düşmənlərə layiqli cavab oldu və Azərbaycan möhtəşəm idman bayramını yüksək səviyyədə keçirməklə qələbəsini nümayiş etdirdi
“Bakı-2015” ilk Avropa Oyunları özünün möhtəşəmliyi, təhlükəsizliyi, yüksək təşkilatçılıq səviyyəsinə görə bir sıra Olimpiya Oyunlarını belə arxada qoydu, desək, yanılmarıq. Belə möhtəşəm və genişmiqyaslı yarışa cəmisi 2 il yarıma hazırlaşan Azərbaycan dövləti bir daha özünün inkişaf səviyyəsini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ölkəmizə gələn idmançılar, xarici dövlətlərin rəsmi nümayəndələri, o cümlədən, turistlər Azərbaycanın inkişafının, gözəlliyinin, paytaxtımızın abadlığının şahidi oldular.
Anti-Azərbaycan mərkəzlər bu dəfə “insan haqqları” ilə bağlı yalanların arxasında gizlənə bilmədi
Xatırlatmaq yerinə düşər ki, hələ bu tədbir öncəsi anti-Azərbaycan mövqeyi ilə tanınan bir neçə “beynəlxalq təşkilat” yenidən ölkəmizə qarşı açıq şantaj və böhtan kampaniyalarına başladı. Həmin ərəfədə bu şəbəkəyə aid olan bir sıra “insan hüquqlarının qorunması” sahəsində (əslində isə imperialist qüvvələrə xidmətçilik etməkdə) “ad çıxarmış” QHT-lər, eləcə də, ölkəmizin müstəqil siyasət yeritməsindən narahat olan mərkəzlərin “dilmanclığını” həyata keçirən təşkilatlar yenidən öz amplualarında peyda oldular. Belə ki, “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” kimi qurumlar ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına qarşı böhtan kampaniyası həyata keçirir, var gücləri ilə bu sivil, kütləvi idman yarışına mane olmağa çalışırdılar.
Dövlət səviyyəsində işğalı və terroru dəstəkləyən, insan hüquq və azadlıqlarını ən kobud şəkildə pozan Ermənistana “demokratik don” geyindirməyə çalışan, amma Azərbaycanda baş tutacaq idman bayramını hədəfə alan həmin təşkilatlar bu dəfə də yalanlarını pərdələmək üçün “insan hüquqları”, eləcə də, “söz azadlığı” kimi məvhumlara müraciətlər edirdilər. Əslində, elə “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” kimi demokratiyanın heç bir prinsipinə əməl etməyən, amma bu məvhumu əllərində bayrağa çevirənlər kütləvi mədəni tədbirləri belə özlərinin hədəfi elan etməklə xəbis niyyətlərini bir daha ortaya qoymuş oldular. Onların Azərbaycan haqqında yaratmağa çalışdıqları mənfi imic isə məhz ölkəmizi ziyarət edən turistlər tərəfindən təkzib edildi. Ölkəmizə gələn insanlar burada olan tolerantlığı, insan hüquqlarına və söz azadlığına münasibəti olduqca yüksək şəkildə qiymətləndirdilər...
Beləliklə də, Azərbaycan dövləti birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə həmin mərkəzləri susmağa məcbur etdi...
Azərbaycan bir daha tolerantlıq nümunəsi olduğunu sübuta yetirdi
Ölkəmizə qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi rolunda çıxış edənlərin sırasında “əsas fəallığı” ilə seçilənlərdən biri də islamofob dairələr idi, desək, yanılmarıq. Dünyada tolerantlıq nümunəsi sayılan Azərbaycanı hədəf seçən bu dairələr apardıqları “qara piar” kampaniyası ilə əslində özlərinin iç üzlərini dünyaya nümayiş etdirdilər. Öz ölkələrindəki “nasizmi”, irqi, dini ayrı-seçkiliyi ört-basdır edə bilməyən islamofoblar Azərbaycandakı sülh və əmin-amanlığı, sabitliyi, ölkəmizin inkişafını həzm edə bilmirlər. Bunun nəticəsi idi ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında ən çirkin üsullara əl atılır, respublikamızı dünya ictimaiyyətinə fərqli bucaqda təqdim etməyə çalışılırdılar. Amma təbii olaraq onların bu niyyətləri puça çıxdı. İlk Avropa Oyunları günlərində, eləcə də, ondan sonra xarici KİV-lərdə ölkəmizdəki dözümlülük, dini, irqi, milli bərabərlik haqqında məqalələr dərc olundu. Bu isə ölkəmizə qarşı olan islamofob dairələrin iflasını növbəti dəfə təsdiqlədi. Azərbaycan vətəndaşlarının, eləcə də, dövlətimizin təmkini, qətiyyəti və birliyi islamofobiyanı özlərinin “peşəsinə” çevirənlərin ölkəmizə qarşı həmin silahdan istifadə etmələrinin qarşısını aldı.
Erməni lobbisi və onun əlaltısına çevrilmiş ölkəmizdəki “beşinci kolon” nümayəndələrinin niyyətləri bu dəfə də puç oldu
Hər addımda dövlətimizin, xalqımızın əleyhinə təbliğat aparan, dövlətin maraqlarının ziddinə yönələn siyasəti dəstəkləyən, xaricdəki məlum mərkəzlərin, ermənipərəst dairələrin əmrlərinə, sifarişlərinə sözsüz əməl edən “beşinci kolon” nümayəndələri də erməni lobbisinin “dəyirmanının yelinə” çevrilərək bu işdə onlara yardım etməyə çalışırdılar. Onlar nəzarətlərində olan mətbu orqanları erməni lobbisinin tribunasına çevirməklə, sosial şəbəkələrdə ermənipərəst dairələrin mövqeyini təkrarlamaqla, onların yalanlarına istinad etməklə nəyəsə nail olacaqlarını düşünürdülər. (Bu gün də həmin istinadlar davam etməkdədir - red.). Pul qarşılığında dövlətinin, xalqının mənafeyini satan, dövlətin uğurlarına kölgə salmağa çalışan xarici güclərin dəstəkçisinə çevrilən “sapı özümüzdən olan baltalar” bununla bir daha öz simalarını xalqa nümayiş etdirmiş oldular. Görünən bu idi ki, “Bakı-2015” ilk Avropa Oyunları, bu Oyunun möhtəşəmliyi bir erməniləri, bir də həmin “beşinci kolon” nümayəndələrini daha çox “narahat edirdi”. Bu gün də Azərbaycanın istər erməni lobbisi, istər anti-Azərbaycan mərkəzlər, istərsə də islamofob dairələr üzərində qazandığı möhtəşəm qələbə onların yuxusunu ərşə çəkib. Bunun nəticəsidir ki, Azərbaycanın dünya idmanında açdığı yeni səhifəyə - ilk Avropa Oyunlarına, eləcə də, bu Oyunlarda nümayiş etdirilən yüksək qələbə ruhuna qısqanclıqla yanaşırlar. Amma Azərbaycan dövləti və xalqı bir daha sübut etdi ki, milli birlik bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi bu dəfə də bizə qarşı şəbəkələşən düşmənə layiqli cavab oldu...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08

