/ / Gənclər təşkilatlarının təmsilçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər
Gənclər təşkilatlarının təmsilçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər
12.06.2015 [09:27]
Dünən Azərbaycan gənclər təşkilatlarının bir qrup təmsilçiləri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi qarşısında Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları Avropa İttifaqını ikili standartlardan əl çəkməyə çağırıblar.
Aksiyada gənclər “Avropa İttifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”, “Vətəndaş cəmiyyəti ikili standartlara “yox” deyir!”, “İdmanı siyasiləşdirməyin!”, “Üzdə dost, arxada düşmən olmayın!” və digər şüarlar səsləndiriblər.
Gənclər Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayaraq, onların ölkəmizə qarşı apardığı “qara piar” kampaniyasına etirazlarını bildiriblər.
Sonra aksiyanın qətnaməsi oxunub. Qətnamədə bildirilir: “İyunun 12-də təntənəli açılışı gözlənilən Avropa Oyunları öz miqyasına və əhəmiyyətinə görə bir idman yarışması olmayıb, son illər qitənin sosial və mədəni həyatında baş verən ən mühüm hadisələrdən biridir. Bu möhtəşəm idman bayramını təşkil etmək məsuliyyətini öz üzərinə götürmüş Azərbaycan qısa müddətdə bütün hazırlıq işlərini uğurla yekunlaşdıra bilib.
Bununla belə, ölkəmizin sürətli inkişafını, siyasi plüralizm, vətəndaş cəmiyyəti və hüququn aliliyinin təmin edilməsi istiqamətində qazandığı uğurları gözü götürməyən bəzi dairələr fürsətdən yararlanaraq, misli görünməmiş böhtan və qarayaxma kampaniyası aparmağa başlayıb. Xeyli müddətdir ki, erməni lobbisinin təhriki və neoimperialist təfəkkürlü qüvvələrin himayəsi altında fəaliyyət göstərən bir sıra xarici QHT-lər və media orqanları Oyunların əhəmiyyətini azaltmaq, Azərbaycanı gözdən salmaq üçün cidd-cəhdlə çalışırlar. Təəssüf ki, bütün Avropa ölkələrini və xalqlarını bir yerə toplayan, birliyi, dostluğu və həmrəyliyi tərənnüm edən birinci Avropa Oyunlarının təşkilatçısına qarşı aparılan bu cür şərəfsiz missiyaya Avropa Parlamentindəki müxtəlif qruplaşmalar və qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər də qoşulublar.
Biz, Azərbaycandakı gənclər təşkilatlarının təmsilçiləri anti-Azərbaycan şəbəkəsinin əlaltısı rolunda çıxış edərək çirkin əməlləri ilə öz reputasiyalarını korlamış Martin Şults və Ulrike Lunaçek kimilərin demokratiya və azadlıq ideyalarına zidd hərəkətlərinə etiraz edir, Azərbaycana qarşı qərəzli və məkrli fəaliyyətlərə son qoymağı tələb edirik. Eyni zamanda, Krımın ilhaqına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmiş Aİ-nin və Birliyə üzv ölkələrin rəhbərliyindən işğalçı Ermənistana qarşı da adekvat addımların atılmasını gözləyirik. Ümid edirik ki, Avropa Parlamentindəki sağlam düşüncəli deputatlar, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bizim etirazımızı anlayışla qarşılayıb tələblərimizi nəzərə alacaq”.
Qətnamə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinə təqdim edilib.
Aksiya hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində dayandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

