/ / Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilib
28.05.2015 [11:20]
Mayın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, ikinci dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev açılışı bildirən lenti kəsiblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov deyib ki, muxtar respublikada miqrasiya sahəsində dövlət idarəçiliyinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarə olunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur. Yeni inzibati binanın istifadəyə verilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Binada əməkdaşların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çıxış edərək deyib ki, ölkəmizin sosial-iqtisadi inkişafı, geosiyasi mövqeyi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib və miqrasiya prosesləri dinamik xarakter alıb. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə Dövlət Miqrasiya Xidməti yaradılıb və bu sahədə qanunvericilik bazası formalaşdırılıb. Artıq ölkəmizdə bu sahədə müasir informasiya texnologiyaları tətbiq olunub, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının xidmətə elektron qaydada müraciət imkanı yaradılıb. Firudin Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 5 illiyi və xidmət üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ölkəmizdə bütün sahələrin inkişafına qayğı göstərilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu xidmət sahəsinin yaradılması Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının nəticəsidir. Artıq Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır, yoxsulluq səviyyəsi 5 faizin altındadır. Azərbaycan dünyanın cəlbedici ölkələri sırasına yüksəlmiş, ölkəmizə gələn əcnəbi və miqrantların sayı artmışdır. Bütün bunlar da Dövlət Miqrasiya Xidmətinin yaradılmasını zərurətə çevirmişdi”.
Ali Məclisin Sədri deyib: “Bu gün Azərbaycan dövləti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ənənələri üzərində inkişaf etdirilir. Ölkəmizdə iqtisadi inkişaf və sabitlik vardır. Ona görə ki, Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur”.
Ali Məclisin Sədri miqrasiya xidməti əməkdaşlarının bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, muxtar respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib, kollektivi və muxtar respublika əhalisini qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik edib.
Sonra bina ilə tanışlıq olub.
Xəbər lenti
Hamısına baxİdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31

