Azərbaycan ilə Qazaxıstan arasında dini-mənəvi sahədə əlaqələrin inkişafı məmnunluq doğurur
27.05.2015 [09:38]
Mayın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Allahşükür Paşazadə qardaş ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də qarşılıqlı əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müdrik dövlətçilik təcrübəsi sayəsində qardaş ölkənin siyasi, iqtisadi, sosial sahələrdə qazandığı uğurlara ürəkdən sevindiyini bildirən şeyxülislam hər dəfə Qazaxıstana etdiyi səfərlər zamanı sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb.
Ölkəmizdə milli mənəvi dəyərlərin dirçəldilməsi və tarixi-mədəni irsin qorunması yönündə görülən mühüm işlər barədə səfiri məlumatlandıran Allahşükür Paşazadə dinlərarası dialoq işinə də böyük diqqət göstərildiyini, dövlətimizin bu sahədə də lider rol oynadığını, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.
Daha sonra QMİ-nin sədri Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti və dinlərarası dialoq prosesində iştirakı barədə səfirə məlumat verib.
Beybit İsabayev Prezident Nursultan Nazarbayevin Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin şəxsiyyətinə yüksək dəyər verdiyini, Onu həqiqi lider kimi qəbul etdiyini vurğulayıb. O, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik dövlətçilik siyasətini hazırda layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində səylərinin razılıq doğurduğunu bildirib.
Səfir şeyxülislam A.Paşazadənin şəxsiyyətinə böyük dəyər verdiyini, onun xeyir-duasını almağı özü üçün vacib saydığını deyib. QMİ sədrinin təkcə Azərbaycan deyil, region dövlətlərində də böyük nüfuz sahibi olduğunu qeyd edən səfir Qafqazın müdrik ağsaqqalının bu yaxınlarda Qazaxıstanın paytaxtında keçiriləcək dünya və ənənəvi dinlərin liderlərinin V qurultayında iştirak qərarından məmnunluğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

