Milli Məclisdə bəzi qanunlara dəyişikliklər edilib
16.05.2015 [12:09]
Parlamentin iclasında “Vətəndaşların müraciəti haqqında” qanun layihəsi qəbul olunub
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda bir sıra qanunlar müzakirə olunub. İlk olaraq “Reklam haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə haqqında parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə təqdim olunan mətnində birinci və ikinci oxunuş zamanı deputatların irəli sürdükləri təkliflər nəzərə alınıb. Qanun layihəsində Azərbaycan dilinin normalarına uyğunluq tələbi əsas götürülən məsələlərdən biridir. Eyni zamanda, layihədə “sosial reklam” anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilib. Belə ki, Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək. Qanun layihəsinə əsasən, teleradioda sosial reklamların vaxtı saat 9:00-dan saat 24:00-a qədər müəyyən edilib. Həmçinin, tərkibində 5 faizdən yuxarı alkoqol olan içkilərin reklamının yayımlanma vaxtına da məhdudiyyət qoyulub və dövri nəşrlərin üz, arxa qapağında belə reklamların yerləşdirilməsi qadağan edilib. Müzakirələrdən sonra sənəd qəbul edilib.
Daha sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər edilib.
İkinci oxunuşda müzakirəyə təqdim olunan “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi barədə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, bu qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir. Onun sözlərinə görə, sənəd, həmçinin, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılması qaydasını müəyyən edir.
“Demokratik cəmiyyətdə bu məsələ vətəndaş-dövlət münasibətləri baxımından çox vacibdir. Hesab edirəm ki, bu qanun vətəndaşların müraciətlərinə daha effektiv baxılması üçün müsbət təsir göstərəcək. Ümumilikdə, bu sahədə müvafiq addımlar atılıb. Amma Milli Məclis tərəfindən belə bir qanunun qəbul olunması vətəndaş-dövlət münasibətlərinə əhəmiyyətli töhfədir”, - deyə komitə sədri vurğulayıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bu qanun vətəndaş-dövlət münasibətlərinin sivil formada qurulması baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, dövlət qurumları vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır. Bununla belə, millət vəkili qanun layihəsi ilə bağlı müəyyən təkliflər verib: “Hesab edirəm ki, qanunun adında dəyişikliklər edilməlidir. Çünki müvafiq maddələrdə vətəndaşlığı olmayan əcnəbilərin də müraciətlərinə baxılması məsələləri əksini tapır. Eyni zamanda, sənəddə müraciətlərin dövlət dilində cavablandırılması da çox düzgün əks olunub. Amma edilən müraciətlər də mütləq dövlət dilində olmalıdır və bu məqam qanunda əksini tapmalıdır”.
“Azərbaycan dövləti ölkədə şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı güclü siyasi iradə nümayiş etdirir. İdarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi, vətəndaşların müraciətlərinin qəbul olunması və araşdırılması qaydalarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb”. Bu fikirləri isə Milli Məclisin deputatı Sahibə Qafarova çıxışı zamanı ifadə edib.
S.Qafarova bildirib ki, Prezident İlham Əliyev ölkəmizdə yüksək məmur-vətəndaş münasibətlərinin qurulması ilə bağlı daim öz fikirlərini bildirir. Onun sözlərinə görə, dövlət başçısı həmişə vurğulayıb ki, vətəndaş-məmur münasibətlərində siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.
“Azərbaycanın müasir reallıqlarında bu qanunun əhəmiyyəti olduqca vacibdir. Çünki Azərbaycan demokratik inkişaf yolunda irəliləyir. İnkişaf isə davamlı prosesdir, hər mərhələdə günün tələblərinə uyğun olaraq müvafiq addımların atılması vacibdir”, - deyə S.Qafarova qeyd edib.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda, həmçinin, “Qiymətli kağızlar bazarı haqqında” qanun qəbul olunub, Mülki Məcəlləyə isə dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

