Milli Məclisin iclasında 21 məsələyə baxılıb
29.04.2015 [10:23]
Millət vəkilləri Zakir Qaralovun yenidən Baş prokuror təyin olunmasına razılıq veriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda ilk olaraq millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili Zahid Oruc Rusiyada Azərbaycan diasporunun fəaliyyətindən danışıb və diasporun fəaliyyətinin gücləndirilməsini zəruriliyini vurğulayıb.
Millət vəkili Fazil Mustafa AŞPA-nın sessiyasında bir qrup deputatın uydurma “erməni soyqırımı” ilə bağlı sənəd imzalamasından narahatlığını bildirib. O deyib ki, belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Məsələ ilə bağlı spiker Oqtay Əsədov qeyd edib ki, ermənilər uydurma “erməni soyqırımı” ilə bağlı AŞPA-nın sessiyasında heç bir sənəd qəbul etdirə bilməyiblər. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin birgə səyi ilə belə cəhdlərin qarşısı alınıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bildirib ki, ermənilər qondarma “soyqırımı” ilə bağlı Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında heç bir tədbir keçirə bilmədilər. Son sessiya ermənilərin uğurunu yox, məğlubiyyətini göstərdi. Onun sözlərinə görə, bir qrup deputatın bəyanat imzalaması isə AŞPA-nın mövqeyini ifadə etmir. S.Seyidov deyib ki, Azərbaycan nümayəndə heyətinin iki üzvü - Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəliblər: “Millət vəkili Sahibə Qafarova Qadınlara qarşı zorakılıq kampaniyasına qarşı, Sevinc Fətəliyeva isə Uşaqlara qarşı zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün gördüyü işlərin koordinasiyasını aparacaq.
S.Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sessiyada bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldovada olan münaqişələrdən fərqləndirilməməlidir: “Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə “Avropa Şurası ölkələri içərisində münaqişələr, konfliktlər və Dağlıq Qarabağ münaqişəsi” ifadəsi “Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonunun işğalı nəticəsində zəbt olunmuş torpaqlar” kimi qeyd edilib”.
Millət vəkili İqbal Məmmədov isə çıxışında bildirib ki, separatçı Əlikram Hümbətovun qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanat onun xəyanətkar olduğunu bir daha sübut edir. Onun sözlərinə görə, Ə.Hümbətovun talış xalqına heç bir aidiyyəti yoxdur. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Ə.Hümbətovun əməllərinin xalqımız tərəfindən heç vaxt bağışlanmayacağını bildirib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin qeyd olunmasının böyük hadisə olduğunu bildirib. Onun fikrincə, bu hadisə ədalətin qələbə qazanması deməkdir. Millət vəkili, həmçinin, çıxışında ilk Avropa Oyunlarının əhəmiyyətindən bəhs edib: “Cəmi iki il yarım ərzində bu nüfuzlu idman tədbirini yüksək səviyyədə təşkil etmək Azərbaycanın gücünü göstərir”.
Daha sonra millət vəkilləri iclasın gündəliyindəki məsələləri müzakirə ediblər. İlk olaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Əsasnamənin 154-cü maddəsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər” məzmunda hissənin əlavə edilməsi təklif olunur. Bundan başqa, həmin maddənin dördüncü hissəsindən “həmçinin xarici ölkələrə getmək” sözləri çıxarılır. Dəyişikliklər sənədin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə aparılır.
İclasda, həmçinin, geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsi ilə bağlı məsuliyyəti müəyyən edən layihə müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, bu gün Azərbaycana geni dəyişdirilmiş məhsullar gətirilir və onun satışı həyata keçirilir: “Hesab edirəm ki, bu gün geni dəyişdirilmiş məhsullar ölkəyə gətirilməsə, istehsal olunmasa, buna qarşı mübarizədən söhbət belə gedə bilməz. Kimsə geni dəyişdirilmiş məhsulların istehsalında istifadə olunan toxumu Azərbaycana gətirib əkirsə və ölkəyə bu məhsulları yayırsa, buna qarşı hansı mübarizədən söhbət gedə bilər? Hesab edirəm ki, ölkəyə gətirilən məhsulların üzərinə ciddi nəzarət qoyulmalıdır ki, kənardan gələn məhsulların kodu dəyişdirilmiş olmasın”.
Millət vəkili hesab edir ki, geni dəyişdirilmiş məhsulların insanlarda yaratdığı aqressiyadan daha çox, ölkə KİV-lərində yayılan kriminal xarakterli informasiyalar aqressiyanın artmasında xüsusi rol oynayır: “Bu gün Azərbaycan televiziyalarında, informasiya agentliklərində, xəbər portallarında kriminal xəbərlər əsas xəbər kimi verilir. Bu xəbərlərdə insanların bir-birini necə öldürə biləcəyinin yolları göstərilir. Bu informasiyaların nəticəsində şüur və iradə baxımından zəif olan insanlar bunun yollarını öyrənir və buna görə də insanlarda aqressiya halları artmaqdadır. Hesab edirəm ki, insanlar arasında aqressiyanın olmaması üçün geniş təbliğat işləri görülməlidir. Keçmişdə televiziyalarda kriminal xəbərlərə yer verilmirdi və cəmiyyət belə xəbərləri qəbul etmirdi. İnsan nə qədər kriminal informasiya qəbul edirsə, bir o qədər aqressivləşir”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bu sənədi dəstəkləyib.
İclasda həmçinin, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliyə əsasən, “toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır” cümləsində “3 iş günü” sözü “3 gün” ilə əvəzlənib. Ə.Hüseynli bildirib ki, bu dəyişiklik qanunda nəzərdə tutulmuş xəbərdarlıq mexanizminin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün təklif edilir.
Məsələ ilə bağlı çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycanda mitinqlərin keçirilmə günü və müddəti də müəyyənləşdirilməlidir. Millət vəkili qeyd edib ki, bir tərəfə hər hansı hüquq veriləndə, digər tərəfin hüquqları pozulur: “Bir siyasi partiya, siyasi təşkilat 300-400 adamı toplamaqla mitinq keçirirsə, ona görə bütün hüquq-mühafizə orqanları, ayrı-ayrı strukturlar, insanlar həmin günü işləmək məcburiyyətindədirlər. Bu mitinqlərin əksəriyyəti istirahət günlərinə düşür. Ona görə də həmin insanlar məcburdur ki, öz istirahət hüquqlarından imtina edib, onların toxunulmazlığını təmin etsin. Digər tərəfdən isə, mitinqlərin keçirildiyi ərazilərdə yaşayan insanların da istirahət hüququ pozulur. Çünki o ərazilərdə yaşayan sakin məcburdur ki, iki saat kiminsə nə danışmağına qulaq assın”.
S.Novruzov hesab edir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna bu məsələ ilə bağlı əlavə müddəa əlavə olunmalıdır.
İclasda “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, layihənin birinci oxunuşu zamanı bir sıra deputatlar sənədin vacibliyini, aktuallığını və qəbul edilməsinə böyük ehtiyac olduğunu, onun kənd təsərrüfatında çalışan sahibkarları, məhsul istehsalçılarını müasir biliklərlə maarifləndirmək və iqtisadi məlumatlarla təmin etmək əsasında aqrar-sənaye kompleksinin və kənd ərazilərinin inkişafına yeni təkan verəcəyini bildiriblər. Onun sözlərinə görə, eyni zamanda, müzakirələrdə iştirak edən deputatlar bir sıra rəy və təkliflər də söyləyiblər: “Təkliflərə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə işçi qrupunda baxılıb, diqqətlə öyrənilib və əsasən nəzərə alınıb. Layihə birinci oxunuşdan sonra məzmun və struktur baxımından bir qədər də təkmilləşdirilib, bir neçə maddələr yenidən işlənib. Layihəyə 8 yeni müddəa əlavə edilib, 2 maddə və 4 müddəa çıxarılıb, 17 maddədə 50-dən çox dəyişiklik aparılıb”.
Müzakirələrdən sonra sənəd ikinci və üçüncü oxunuşda qəbul olunub.
İclasda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.
İclasın sonunda Azərbaycan Prezidentinin təqdimatı əsasında Zakir Qaralovun Baş prokuror təyin olunmasına razılıq verilməsi məsələsinə baxılıb. Bu haqda məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş il müddətinə bu vəzifəyə təyin edilməsinin təklif olunduğunu bildirib.
Əli Hüseynli Zakir Qaralovun fəaliyyəti barədə məlumat verib.
Sonra Z.Qaralov növbəti beşilliyə baş prokuror vəzifəsinə təsdiq edilib.
İclasda iştirak edən Z.Qaralov etimada görə Prezident İlham Əliyevə, həmçinin, Milli Məclisə minnətdarlığını bildirib, bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağını söyləyib: “Mənə göstərilən etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacağam”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

