May ayına qədər İtaliya hökuməti TAP layihəsi barəsində son qərarını açıqlayacaq
16.04.2015 [10:20]
İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidi AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik:
- Xanım nazir, Azərbaycana səfərinizin əsas məqsədi nədən ibarətdir?
- İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycanla əlaqələrimiz yüksək səviyyədədir. Təbii ki, qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişafına təkan verir. Ölkələrimiz bir çox sahələrdə birgə maraqları paylaşır. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Biz Azərbaycan ilə İtaliya arasında strateji sahə olan neft və qaz sahəsində əməkdaşlığı gücləndirməyə çalışırıq, bu əlaqələrin inkişafı üçün hərtərəfli imkanlar mövcuddur. İtaliya Azərbaycanla digər sahələrdə də əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bilirsiniz ki, İtaliya texnologiya sahəsində böyük təcrübəyə malikdir. Biz Azərbaycanın İtaliya sənayesinə təklif edə biləcəyi imkanları da dəyərləndirməyə hazırıq. Ümidvaram ki, əməkdaşlığımız gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcək.
- Azərbaycan ilə İtaliya arasında enerji sahəsindəki əməkdaşlığın perspektivləri ilə bağlı sizin fikrinizi bilmək maraqlı olardı. Hazırda TAP layihəsinin gerçəkləşməsi üçün İtaliya hansı addımları atır?
- Azərbaycan ilə İtaliya enerji sahəsində uğurla əməkdaşlıq edir. Enerji sahəsində əməkdaşlıqdan danışarkən mən ilk növbədə “Trans-Adriatik” (TAP) boru kəməri layihəsini qeyd etməliyəm. Layihə ilə bağlı rəsmi olaraq bildirirəm ki, biz dəyərləndirmənin son mərhələsindəyik. May ayına qədər İtaliya hökuməti TAP layihəsi barəsində son qərarını açıqlayacaq. Bu bizim üçün olduqca əhəmiyyətli və strateji layihədir. Enerji məsələləri İtaliya və bütünlükdə Avropanın gündəliyində olan ən vacib sahələrdən biridir. Əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması, enerji təhlükəsizliyinin təmin olunması baxımından bu layihə ölkələrimiz üçün çox vacibdir. Təbii ki, TAP layihəsi enerji şaxələndirilməsi üzrə planlarımızın önəmli hissələrindən biridir. Bu layihə İtaliyanın və digər ölkələrin enerji resurslarına tələbatının ödənilməsi istiqamətində töhfələrini verəcək. Marşrutların təmini baxımından da bu layihənin əhəmiyyətini qeyd etmək istəyirəm.
- İtaliyanın “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” MMC arasında imzalanan əməkdaşlıq müqaviləsini necə dəyərləndirirsiniz?
- İlk olaraq bu müqavilənin İtaliyanın böyük şirkətləri ilə Azərbaycan arasında inkişaf edən əməkdaşlığa böyük nümunə olduğunu qeyd etmək istəyirəm. Bu, İtaliya şirkətləri üçün Azərbaycanda yeni strateji məhsulların istehsalı ilə bağlı zavodların qurulmasına əlverişli şərait yaradır. Biz əlaqələrimizi bütün istiqamətlərdə, xüsusilə ticari-iqtisadi sahədə daha da inkişaf etdirməkdə maraqlıyıq. Biz, həmçinin İtaliya şirkətlərinin Azərbaycandan olan həmkarları ilə uzun müddətli əməkdaşlığın həyata keçirilməsi üçün töhfələrimizi verməyə çalışırıq. Ölkənizdə iş adamlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Bu addımlar əməkdaşlığın yeni müstəvidə inkişaf etməsinə təkan verəcək.
- Ölkələrimiz arasındakı ticarət dövriyyəsi hansı səviyyədədir? Ticarət dövriyyəsinin həcmi sizi qane edirmi?
- Azərbaycan ilə İtaliya arasındakı idxalın əsasını neft təşkil edir. Gələcəkdə əlbəttə ki, qaz sahəsində idxala üstünlük verəcəyik. İtaliyadan Azərbaycana məhsulları ixrac etməklə biz gələcəkdə bu əməkdaşlığı daha da genişləndirməyə və yeni imkanlar axtarmağa çalışacağıq. İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı hökumət tərəfindən şirkətlərə müvafiq tədbirlər görmək üçün yaradılan mexanizmdir. Biz dünyada yaxşı bir iş mexanizmi yaratmışıq. Bu qurum şirkətlərə lazım ola biləcək ən vacib alətlərdən biridir. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

