Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada silsilə tədbirlər keçirilib
28.02.2015 [13:14]
Ankaranın Keçiörən rayonundakı Azərbaycan Parkında ölkəmizin Türkiyədəki səfirliyi və yerli bələdiyyənin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Türkiyənin və Azərbaycanın rəsmi şəxslərinin və parlament nümayəndələrinin, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə keçirilən mərasim Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlayıb.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin Xocalı soyqırımını pisləyən müraciəti oxunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev bildirib ki, bu prosesin miqyası gündən-günə genişlənir və təsiri artır. Artıq bu proses Azərbaycan üçün, türklük üçün ədalət kampaniyasına çevrilməkdədir.
Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Haluk İpək, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalov, Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar bildiriblər ki, Xocalıda törədilən cinayətin bir daha dünyanın heç bir yerində yaşanmaması üçün günahsız insanlara qarşı soyqırımı törədən erməni faşistləri cəzasız qalmamalıdırlar.
Milli Məclisin üzvü Qənirə Paşayeva qeyd edib ki, ermənilərin qondarma soyqırımı yalanları əsasında Türkiyəni ittiham edən dairələr 23 il əvvəl törədilən əsl soyqırımına göz yumur.
Xocalı sakini Ramiz Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov ermənilərin müxtəlif dövrlərdə törətdikləri cinayətlər, o cümlədən türk diplomatlarının öldürülməsi barədə danışıblar.
Sonda tədbir iştirakçıları Azərbaycan Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə güllər düzüblər.
* * *
Türkiyənin ən böyük ali təhsil ocağı, elm və təhsil sahəsindəki nüfuzu ilə yanaşı, milli mənəvi dəyərlərin qorunmasındakı rolu ilə də tanınan məşhur Qazi Universiteti Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyi ilə birgə anım tədbiri təşkil edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan bundan sonra da Türkiyə ilə birlikdə erməni yalanlarına qarşı qətiyyətlə mübarizə aparacaq.
Qazi Universitetinin prorektoru Cengiz Bekir Dəmirəl, Milli Məclisin üzvü Elman Məmmədov, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Qazi Universitetinin dekanı Alev Kuru və bu təhsil ocağının tələbəsi Murat Gürbüz Xocalı faciəsini erməni vandalizminin son 200 il ərzində törətdiyi ən amansız cinayət kimi dəyərləndiriblər. İyirmi üç il əvvəlki qanlı gecədə 2 yaşlı oğlu və həyat yoldaşı daxil olmaqla 22 qohumunu itirmiş Xocalı sakini Rəhilə Quliyevanın qanlı aksiya ilə bağlı acı xatirələri tədbir iştirakçılarını xeyli təsirləndirib.
Milli Məclisin üzvü Elman Məmmədov bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan dövlətinin işğal altındakı torpaqlarını azad edəcəyi günün uzaqda olmadığını bildirib.
Daha sonra Qazi Universitetinin incəsənət fakültəsinin Xocalı soyqırımı ilə bağlı yaratdığı www.ermenizulmu.com saytı haqqında məlumat verilib. Həmin fakültənin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi və 12 ölkədən 154 əsərin sərgiləndiyi beynəlxalq rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Tədbir iştirakçıları həmin rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olublar.
* * *
Türkiyənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan Vəkillər Kollegiyasında da Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Toplantıda çıxış edən Vəkillər Kollegiyanın sədri Mətin Feyzioğlu və Milli Məclisin deputatı Elman Məmmədov Xocalının bütün beynəlxalq hüquq prinsiplərinə görə soyqırımı olduğunu diqqətə çatdırıb.
Tədbirdə Xocalıya həsr olunmuş film, həmçinin əməkdar artist Nuriyə Hüseynovanın türkiyəli müğənni Cavid Təbrizli ilə səsləndirdiyi “Lay-lay Xocalım” klipi nümayiş olunub.
Tədbirin sonunda bir qrup gənc “Xocalıya ədalət!” tələblərini müxtəlif dillərdə səsləndiriblər.
Ərəstun Mehdiyev, Nəcdət Ünüvar və Qənirə Paşayeva “TRT Avaz” kanalının Keçiörən rayonundakı Azərbaycan Parkından Xocalıya həsr olunmuş və canlı yayımlanan proqramında iştirak edərək Azərbaycan xalqına qarşı törədilən bu soyqırımının dəhşətlərinə və onun dünya birliyi tərəfindən tanınmasının vacibliyinə dair fikir və mülahizələrini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

