/ / Bahar Muradova: Almaniya və Türkiyənin həmsədrliyə cəlb olunması barədə təklifimiz ATƏT-də müzakirə ediləcək
Bahar Muradova: Almaniya və Türkiyənin həmsədrliyə cəlb olunması barədə təklifimiz ATƏT-də müzakirə ediləcək
24.02.2015 [11:18]
“Fəaliyyətdə olan sədr İvitsa Daçiç təklifə baxılacağını bildirdi”
“Azərbaycanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilər qrupuna Almaniya və Türkiyənin də qoşulması, beşliyin (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya), Sədrlər Şurası deyilən bir qurumun yaradılması təklifinə qurumun fəaliyyətdə olan sədri İvitsa Daçiç əvvəlki sədrlərdən fərqli olaraq etiraz etməyib. Əksinə, bunun müzakirə olunacağını deyib”. Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Azərbaycanın təklifinə cavab olaraq İ.Daçiç bu məsələnin üzərində iş aparılacağını söyləyib: “Ermənistan tərəfi dərhal etiraz etdi. Lakin buna baxmayaraq, Türkiyə ilə Almaniyanın Minsk Qrupunun həmsədrləri sırasına qatılması məsələsi əvvəlki vaxtlardan fərqli olaraq, bu dəfə ATƏT rəhbərliyi tərəfindən etirazla qarşılanmadı”.
B.Muradovanın sözlərinə görə, Azərbaycanın bu təklifi kifayət qədər əsaslıdır: “Almaniya Avropanın lider ölkəsidir. Bu yaxınlarda Angela Merkelin Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasının zəruriliyi barədə fikrini nəzərə alaraq deyə bilərik ki, bu ölkənin iştirakı prosesə ciddi təsir göstərə bilər. Türkiyənin Cənubi Qafqazdakı rolunu, Ermənistanla sərhəd problemini Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqələndirməsini nəzərə aldıqda bu ölkənin də prosesdə iştirakının çox əhəmiyyətli olduğunu söyləmək olar. Ona görə də biz əsaslandırılmış təklif irəli sürdük və ATƏT rəhbərliyi də əvvəlki dövrlərdən fərqli olaraq, bu təklifin müzakirə olunacağını bildirdi. İndi biz bu təklifin necə həyata keçməyini gözləyirik”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

