Nəsimi rayonunda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbir keçirilib
24.02.2015 [11:17]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan “Justice for Khojaly” flaşmobunun təqdimat mərasimi keçirilib. Tədbirdə Nəsimi rayon ərazisində yerləşən idarə və müəssisələrin, eləcə də, ali və orta məktəblərin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində əvvəlcə “Justice for Khojaly” flaşmobu nümayiş olunub. Daha sonra rayon ərazisində yerləşən H.Sarabski adına mədəniyyət evinin kollektivinin ifasında Xocalı faciəsini əks etdirən kompozisiya göstərilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olduğunu vurğulayıb. Xocalı soyqırımını bəşəriyyət tarixində yaşanmış ən qanlı qətliamlardan biri kimi xarakterizə edən N.Məhəməliyev vurğulayıb ki, bu soyqırımı erməni millətçiliyinin iç üzünün açılmasında önəmli bir mərhələni təşkil edir. Rayon İcra Hakimiyyətinin başçısı xatırladıb ki, 1992-ci ildə ölkəmizdə hakimiyyətdə olan siyasi qüvvələr bu faktın dünya ictimaiyyətinə çatdırılmasına nail ola bilməmiş, dünya Xocalıda baş verən dəhşətli qətliamlardan xəbər tutmamışdı.
Natiq qeyd edib ki, məhz Ulu öndər Heydər Əliyevin respublikada təkrar hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına siyasi qiymət verildi və onun təşkilatçılarının adları dünya ictimaiyyətinə açıqlandı.
N.Məhəməliyev vurğulayıb ki, bu gün isə yürüdülən düzgün siyasət və aparılan məqsədyönlü təbliğatın sayəsində artıq bir çox ölkələrin parlamentlərində Xocalı faciəsi soyqırımı kimi tanınıb, beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi təsdiqləyiblər. Xocalı faciəsinin dünyaya təbliğində “Justice for Khojaly” flaşmobunun böyük faydası olacağına inandığını söyləyən N.Məhəməliyev bu işdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
“Justice for Khojaly” flaşmobunun qışın soyuq və şaxtalı günlərində, açıq havada 1500-dən artıq fəalın iştirakı ilə çəkildiyini xatırladan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 4 saat davam edən çəkilişlərdə gənclərimizin belə fəallıq göstərmələrini onlarda Vətən sevgisinin necə də böyük olması ilə əlaqələndirib.
“Xalqımız bu faciəni heç bir zaman unutmayacaq. Çünki Xocalı faciəsi zamanı sadə, əliyalın, köməksiz insanlar erməni vəhşiliyinin qurbanı olublar. Biz hamılıqla çalışmalıyıq ki, dünya bu faciəyə biganə qalmasın”, - deyən Məlahət İbrahimqızı bu məqsədlə çəkilən “Justice for Khojaly” flaşmobunun “YouTube” və digər sosial şəbəkələrdə yerləşdiriləcəyini bildirib.
“Bu gün bizim bir nömrəli vəzifəmiz Xocalı soyqırımını dünyaya təbliğ etməkdir. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətlərindən əl çəkməyiblər, biz bu mübarizəmizi davam etdirməliyik”, - deyən təşkilat sədri xalqımızın bu faciəsini dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırmaq üçün gəncləri daha fəal olmağa çağırıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09

