/ / Federika Moqerini Avropa İttifaqının dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmətlə yanaşdığını təsdiq edib
Federika Moqerini Avropa İttifaqının dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmətlə yanaşdığını təsdiq edib
22.01.2015 [09:23]
Vaşinqtondakı Brukinq İnstitutunda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin iştirakı ilə “Çətinliklər dövründə transatlantik münasibətlər” mövzusunda forum keçirilib.
“Almaniya Marşall Fondu” analitik mərkəzi ilə birlikdə təşkil edilmiş tədbirin açılışında Brukinq İnstitutunun vitse-prezidenti Martin İndik çıxış edib. O, forum iştirakçılarını salamlayaraq F.Moqerini haqqında qısa məlumat verib. Avropa İttifaqının xarici siyasətinə dair müzakirələr “Almaniya Marşall Fondu”nun prezidenti Keren Donfridin moderatorluğu ilə keçirilib. Federika Moqerini auditoriya qarşısında çıxış edərək müasir dövrdə Avropa İttifaqının vəzifələri və problemləri barədə söhbət açıb. Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi qeyd edib ki, 2001-ci ildə Nyu-Yorkda terror hücumlarından sonra Amerika xalqının sıx birləşdiyi kimi, Parisdə baş vermiş faciədən sonra Avropa da terrorizmə və ekstremizmə qarşı mübarizədə eləcə birləşib.
O deyib ki, Parisdə Fransa xalqı ilə həmrəylik yürüşündə bir sıra liderlər, o cümlədən, Yaxın Şərq, Afrika və Asiya ölkələrinin rəhbərləri iştirak ediblər. F.Moqerini regional münaqişələr, Ebola epidemiyası və texnologiyalar sahəsində dünyada qazanılmış nailiyyətlər barədə də danışıb. Aİ diplomatı Avropanın transatlantik ticari-investisiya tərəfdaşlığının həyata keçirilməsinə tərəfdar olmasını və bu tərəfdaşlığı dəstəkləməsini təsdiq edib.
AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbiri Yusif Babanlı Avropada separatçı münaqişələrin ciddiləşməsini və Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması faktını qeyd edərək, xüsusən Cənubi Tirolda (İtaliyanın bir regionu) separatçı münaqişənin həlli ilə əlaqədar, İtaliyanın təcrübəsini nəzərə alaraq Aİ-nin Ukraynada və Azərbaycanda, Gürcüstanda və Moldovada separatizmlə bağlı problemlərin həllinə dair planları barədə sual verib. Federika Moqerini bu sualın cavabında deyib ki, Avropa İttifaqı dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmətlə yanaşır və bu məsələyə dair ümumi həmrəylik vardır. Həm münaqişə aparan dövlətlərin Avropa İttifaqı ilə münasibətlərini, həm də onların özləri arasında münasibətləri yaxşılaşdırmaq məqsədilə münaqişələrin həlli və əməkdaşlıq metodları Aİ-nin Şərqdəki tərəfdaşları ilə müzakirə edilib. O qeyd edib ki, indiyə qədər Balkanlarda münaqişə aparan ölkələr Avropa İttifaqının vasitəçiliyi ilə razılığa gəlib və öz regionlarında sabitlik yaradıblar. F.Moqerini ümidvar olduğunu bildirib ki, regional münaqişələrin həlli üçün başqa regionlardakı ölkələr arasında da analoji qarşılıqlı anlaşma və əməkdaşlıq təmin olunacaq.
Xatırladaq ki, F.Moqerini Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə 2014-cü ilin noyabr ayında təyin olunub. Xanım Moqerini bu vəzifədə Avropa İttifaqını beynəlxalq səviyyədə təmsil edir və Avropa İttifaqının üzvü olan ölkələrin xarici işlər nazirlərinin hər ay keçirilən görüşlərində sədrlik edir. Bundan əvvəl F.Moqerini İtaliya parlamentinin üzvü və xarici işlər naziri olub.
Xəbər lenti
Hamısına baxSosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18

