Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişafı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun uğurlu davamıdır

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişafı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun uğurlu davamıdır

23.12.2014 [10:19]

XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu öndərimiz Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev elə şəxsiyyətdir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumu məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 10 il (1993-2003) Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Ulu öndərimiz Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin, dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək çox böyük beynəlxalq nüfuz qazandı.
Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yenilənməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu öndərin müəyyən etdiyi yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Ümummilli liderimiz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdı.
Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı Ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.
Bu gün Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız Ümummilli liderə həm də ona görə minnətdardır ki, cənab İlham Əliyevi xalqımıza bəxş etdi. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.
Azərbaycanın sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm roy oynayır. Xüsusən, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində daxili istehsal dəfələrlə artmış, yeni sənaye sahələri yaradılmış, zəruri infrastruktur qurulmuş, o cümlədən, nəqliyyat, qaz, su, enerji, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə iri layihələr həyata keçirilmişdir.
Ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. İnkişafın Azərbaycan modeli əsasında Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz əsas məqsədlərinə çatıb. Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatımız formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin olunub. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində əvvəllər qazanılmış uğurlar daha da möhkəmləndirilib, qeyri-neft sektorunun, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatları artıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bütün bunlar isə təbii ki, həm də Azərbaycanın beynəlxalq imicinin artmasına və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən çox mühüm amillərdir.
Bir məqama da xüsusilə diqqət yetirmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Xüsusilə də, dövlətimiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib.
Dinamik inkişaf tempinə malik Azərbaycanın iqtisadi sahədə nümayiş etdirdiyi belə inkişaf dinamikası dünya miqyasında da yaxından izlənməkdə, ölkəmizin bu sahədə qazandığı təcrübə, əsasını qoyduğu sürətli tərəqqi modelinin xüsusiyyətləri diqqətlə öyrənilməkdə, həmçinin geniş tədqiqat predmetinə çevrilməkdədir. Bunu şərtləndirən əsas səbəblərdən biri inkişafın Azərbaycan modelinin qısa zaman kəsiyində böyük müvəffəqiyyətlərin əldə olunmasını təmin etməsidir. İndi Azərbaycan qazandığı uğurlar baxımından inkişaf etməkdə olan əksər dövlətlər üçün bir nümunə rolunu oynamaqdadır və sözügedən kontekstdə sosial-iqtisadi sferanın ən müxtəlif sahələrində ölkəmizin malik olduğu təcrübəyə getdikcə daha çox müraciət olunur. Təsadüfi deyil ki, qlobal maliyyə böhranının yaratdığı fəsadlara qarşı dayanıqlıq həddini araşdıran bir çox aparıcı beynəlxalq mərkəzlər indi Azərbaycana daha çox maraq göstərməkdə, onun inkişaf dinamikasını tədqiq etməkdədir.
Dünyanın nüfuzlu beynəlxalq qurumları daim öz hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişaf tempini qoruyub saxlayacağını bəyan edirlər. Məsələn, “Standard and Poor” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. “Moody`s” beynəlxalq reytinq agentliyi ölkəmizin dünyada potensial investor olmasını öz hesabatında xüsusi qeyd edib.
Azərbaycan daim irəliyə baxan və daha böyük hədəflərə çatmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan dövlət olduğundan inkişaf tempini davamlı şəkildə mütəhərrik hala gətirir. Bu mənada tamamilə təbiidir ki, Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ölkəmizin inkişaf prosesinin kompleks xarakter daşıması, ən müxtəlif sferaları özündə ehtiva etməsi, innovativ və novatorçu xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir və etiraf olunur. Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu beyin mərkəzlərinin hesabatlarında Azərbaycana xüsusi diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər mütəmadi olaraq müsbətə doğru dəyişir.
Əlbəttə, bütün bu uğurlar ölkə Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Azərbaycanın bütün regionları ölkə başçısının diqqət və qayğısından yetərincə bəhrələnir. Dövlət başçımızın regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərin açılışında iştirakı, görülən işlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.
Respublikamızın digər rayonları kimi, Daşkəsən rayonu da öz inkişaf və tərəqqi dövrünü yaşayır. Görülən işlərin və uğurların, həmçinin, 2014-ci il - “Sənaye ili” çərçivəsində həyata keçirilən tədbirlərin fonunda bu inamı böyük qətiyyətlə ifadə etmək olar ki, cari il Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsənin də tarixinə ən sürətli inkişaf dövrü kimi yazılacaq. Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yenidən fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir. 2014-cü il ərzində rayonda bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüş və hazırda da həmin işlər dinamik davam etdirilir.
17 oktyabr 2014-cü il daşkəsənlilərin yaddaşında silinməz izlər buraxdı. Son illər sürətlə yeniləşən, abadlaşan Daşkəsən rayonu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya qazanılmış uğurların hesabatını verdi. Daşkəsəndə gedən genişmiqyaslı quruculuq işləri, yolların abadlaşdırılması, infrastrukturun yenilənməsi, kəndlərin abadlaşdırılmasında aparılan məqsədyönlü tədbirlər sürətli inkişaf tempindən xəbər verir. Daşkəsən müasir tələblərə uyğun yenidən qurulur, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər görülür. Bütün bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin birbaşa qayğı və dəstəyini hər an hiss edib, ondan faydalanmışıq.
Daşkəsəndə yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni və rahat avtovağzalların istifadəyə verilməsi sosialyönümlü tədbirlərdən olmaqla, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımızın tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Daşkəsənlilərin fəxri olan və əbədiyaşar liderin xatirəsinə olan ehtiramı nümayiş etdirən Heydər Əliyev Mərkəzi Ulu öndərimizin zəngin irsinin öyrənilməsində və təbliğində mühüm rol oynayır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonumuza səfəri çərçivəsində bu mərkəzlə tanış oldular. Dövlət başçısı və birinci xanım sonra Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak etdilər. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması sahəsində həyata keçirilən layihə və proqramlara qoşulan Daşkəsəndə müasir üslubda Gənclərin Təlim və İstirahət Mərkəzinin yaradılması gənclərin ürəyincə oldu. 2250 kv.m ərazisi olan bu mərkəz, demək olar ki, respublikada ən böyük ünvanlardan biridir.
17 oktyabr 2014-cü il - Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın rayonumuza səfər günü Daşkəsən üçün çox müqəddəs və əlamətdar bir gün kimi onun şərəf tarixinə yazıldı.
Əhəd Abıyev,
Daşkəsən rayon
İcra Hakimiyyətinin başçısı

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31