/ / Akademik Ramiz Mehdiyevin rumın dilinə tərcümə edilən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin rumın dilinə tərcümə edilən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının təqdimatı olub
20.12.2014 [13:08]
Dekabrın 18-də Rumıniya parlamentinin binasında Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunan tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rumın dilinə tərcümə edilən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının təqdimatı olub. Kitab Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və ARDNŞ-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə çap edilib.
Azərbaycanın Buxarestdəki səfirliyinin təşəbbüsü və ARDNŞ-in nümayəndəliyinin dəstəyi ilə təşkil edilən tədbirdə Rumıniya hökumətinin və parlamentinin üzvləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, diplomatik korpusun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbər heyəti, Türk İş Adamları Dərnəyinin üzvləri, eləcə də Buxarestdə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıb, dövlət başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən dəyişikliklər, həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlarından söz açıb. Səfir tədbir iştirakçılarına ölkəmizin müstəqil daxili və xarici siyasəti, Azərbaycanın regionda və dünyada artan nüfuzu barədə ətraflı məlumat verib.
Çıxışına Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə başlayan Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş ötən əsrin sonlarında müstəqilliyini yenidən elan edən Azərbaycan ilə Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrindən danışıb və digər ölkələrin bundan nümunə götürməli olduğunu söyləyib.
Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Azərbaycanın enerji potensialından danışıb. O, 2015-ci ilin dünya üçün çətin bir il olacağını və Azərbaycanın bu istiqamətdə sabitliyin qorunması, enerji resurslarının təhlükəsiz şəkildə Avropaya daşınması baxımından mühüm ölkə olduğunu bildirib.
Rumıniyanın “Geopolitika” jurnalının direktoru, “Azərbaycanı dəyişmiş 10 il (2003-2013)” kitabının çap olunduğu “Top Form” nəşriyyat evinin rəhbəri Vasile Simileanu isə çıxışında Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun lider dövləti kimi qəbul olunduğunu diqqətə çatdırıb.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan və Rumıniyanın Türkmənistandakı sabiq səfiri İon Porojan “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının fundamental əsər kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Qeyd edilib ki, əsərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə ölkədə əldə olunan uğurlar dərindən və hərtərəfli təhlil olunub. Akademik Ramiz Mehdiyev kitabda Azərbaycanın son 10 ildə iqtisadiyyat, mədəniyyət, təhsil, sosial sahələrdə həyata keçirilən mütərəqqi islahatlar və yeniliklər, eləcə də əldə olunan nailiyyətlər barədə oxuculara geniş məlumat verib.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasəti nəticəsində son 10 ildə Azərbaycan regionda və dünyada çox böyük layihələrin reallaşmasına imza atıb. H.Kərimov bu kitabın tədbirdə bəhs edilən uğurların təhlili baxımından dəyərli mənbə olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yoluna həsr edilən film nümayiş olunub.
Sonda iştirakçılara “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının nüsxələri təqdim edilib.
“Top Form” nəşriyyat evi tərəfindən rumın dilinə tərcümə edilən və nəfis şəkildə çap olunan kitabın paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın 42 regionunda fəaliyyət göstərən mərkəzi kitabxanalara, bu ölkənin xarici dövlətlərdəki səfirlikləri və baş konsulluqlarının nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə, universitet kitabxanalarına, elmi və siyasi tədqiqat mərkəzlərinə çatdırılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

