/ / Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib
16.12.2014 [09:59]
Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dekabrın 8-dən 10-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Dünya Bankının dəstəyi ilə Korrupsiyaya Qarşı Mübarizə Aparan Təşkilatların Beynəlxalq Birliyinin (ICHA) 3-cü iclasında iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, korrupsiyaya qarşı mübarizə aparan 130-dan çox ölkəni təmsil edən ixtisaslaşdırılmış qurumların və istintaq orqanlarının 300-ə yaxın yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbiri Dünya Bankının prezidenti Cim Yen Kim və Böyük Britaniya şahzadəsi Uilyam açaraq korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə çevrildiyini, insanları daha çox narahat edən bu sosial bəlaya qarşı birgə mübarizənin aparılmasının vacibliyini diqqətə çatdırıblar.
İclasın “Korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyəti” adlı sessiyasında çıxış edən K.Əliyev dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində aparılan qanunverici və institusional islahatlar, habelə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Baş İdarənin rəisi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə səyləri ilə müvafiq olaraq cari ilin iyul və noyabr aylarında Bakıda keçirilmiş “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda konfransın və İACA-ya üzv və iştirakçı dövlətlərin Assambleyasının 3-cü sessiyasının əhəmiyyətini xüsusi vurğulayıb.
K.Əliyev iclasın korrupsiyanın qarşısının alınmasına həsr edilmiş sessiyasındakı çıxışında Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə dair iştirakçılara ətraflı məlumat verib. Xidmətin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu və bütövlükdə bu sahədə ölkəmizdə aparılan işlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub.
Tədbirdə K.Əliyev Dünya Bankının və Dələduzluqla Mübarizə üzrə Avropa Bürosunun (OLAF) yüksək rəsmiləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi dekabrın 11-dən 12-dək Parisdə BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (UNODC), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), Dünya Bankı, Beynəlxalq Şəffaflıq Təşkilatının dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizədə ən müsbət təcrübələr və gələcək əməkdaşlıq” mövzusunda keçirilən simpoziumda iştirak edib.
Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ən qabaqcıl təcrübəyə malik olan 50-yə yaxın beynəlxalq təşkilatın nümayəndələri uzun illər əldə etdikləri təcrübəni iştirakçılarla bölüşüb, təqdimatlarla çıxışlar ediblər.
Simpoziumda çıxış edən K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar, o cümlədən Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq, xüsusilə Baş İdarənin Litva Xüsusi İstintaq İdarəsi ilə birgə həyata keçirdiyi və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq proqramının əhəmiyyəti barədə ətraflı məlumat verib. O, habelə korrupsiyanın qarşısının alınmasında önəmli rolu olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb, çoxlu sayda sualları cavablandırıb.
Tədbirdə Litva Respublikasının Xüsusi İstintaq İdarəsinin rəis müavini Zidrunas Bartkus çıxış edərək Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə birgə həyata keçirilmiş Tvinninq proqramının Avropadakı layihələr sırasında ən uğurlu olmasını və bunun Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradənin mövcudluğu sayəsində mümkün olduğunu xüsusi qeyd edib.
Simpoziumun sonunda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirləri özündə əks etdirən bukletlər tədbir iştirakçılarına paylanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25

