/ / Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib
Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib
11.12.2014 [10:26]
Dekabrın 10-da Ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən seminarın məqsədi Ulu öndərin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və geniş təbliği, ictimaiyyətin bu ideyalar ətrafında sıx birləşdirilməsi olub.
“Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusundakı seminarda rəsmi şəxslər, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Seminarın açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Ulu öndərin dövlətimiz və xalqımız qarşısında göstərdiyi mühüm xidmətlərdən danışıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq, ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Məhz Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, beynəlxalq aləmdə özünə layiqli yer tutub və nüfuz qazanıb. Qeyd edilib ki, Heydər Əliyevin ömür yolu Vətənə xidmətin rəmzinə çevrilib.
Anar Ələkbərov, eyni zamanda, Heydər Əliyev Mərkəzinin Ulu öndərin zəngin irsinin tədqiqi və təbliği istiqamətində gördüyü işlərdən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə ölkədə və xaricdə reallaşdırılan layihələrdən söhbət açıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxışında bildirib ki, Ümummilli liderin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi.
Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi məhz Heydər Əliyev tərəfindən yazılıb. Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Baş nazirin müavini vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsini milli varlığımızı yaşatmağın və təsdiq etməyin ən önəmli məsələsi kimi daim diqqətdə saxlayıb. Ulu öndər Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli intibah və inkişafının ideya təməli olan konsepsiyanı - azərbaycançılığı da nəzəri və təcrübi yönlərdə yüksək səviyyəyə qaldırıb. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, onun bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil dövlətimizin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd edilib ki, Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan Onun ölməz ideyalarının işığında gələcəyə inamla addımlayır.
Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova dünyanın məşhur siyasətçilərinin Ulu öndər haqqında söylədikləri kəlamları iştirakçıların diqqətinə çatdırıb. O deyib ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır.
Bildirilib ki, dünya şöhrətli şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib, Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun böyük zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, Onun dəyərli irsini yüksək qiymətləndirirlər.
Tədbirdə digər çıxış edənlər Heydər Əliyev Mərkəzi tərəfindən reallaşan bu layihənin əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana, doğma xalqına həsr etdiyi ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov seminara başlayıb. O, tədbir iştirakçılarına Ümummilli lider Heydər Əliyevin həyatı, zəngin fəaliyyəti, ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söhbət açıb.
Qeyd edilib ki, Ulu öndərin irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilir.
Layihə çərçivəsində tanınmış elm adamları Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, interaktiv müzakirələr aparılır. İctimaiyyət üçün açıq olan seminarlarda dinləyici qismində hər kəs iştirak edə bilər. Seminarların gələcəkdə regionlardakı Heydər Əliyev mərkəzləri ilə video bağlantılar formatında keçirilməsi də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34

