Əli Əhmədov: Azərbaycanın ABŞ-la normal münasibətləri mövcuddur
06.12.2014 [12:18]
“Azərbaycanın ABŞ-la normal münasibətləri mövcuddur, həm də bu münasibətlərin bundan sonra da inkişaf etdirilməsi Azərbaycanın həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur”. “Trend”-in məlumatına görə, bu barədə jurnalistlərə Yeni Azərbaycan Partiyasının İcra katibi, Baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycana təyin ediləcək yeni səfirindən gözləntiləri şərh edərkən deyib.
Ə.Əhmədov qeyd edib ki, bununla yanaşı, müxtəlif zamanlarda ayrı-ayrı insanlar Azərbaycandakı reallıqları təhrif edən bəyanatlar səsləndirirlər: “Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən və bu proseslərin təhrif olunmuş şəkildə təqdimatından ibarət olan bu cür bəyanatlar Azərbaycan cəmiyyəti tərəfindən kəskin şəkildə pislənilir. Ən azından biz burada ya informasiya qıtlığının, ya da ədalətsiz yanaşmanın olduğunu qeyd etmək zorundayıq. Bildirmək istəyirəm ki, bu cür yanaşmalar, bu cür bəyanatlar bütövlükdə Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərmir. Digər bir tərəfdən, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir və bütövlükdə Azərbaycanın ABŞ-dan gözləntiləri içərisində Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə və tezliklə həll olunması üçün daha böyük səylər göstərilməsi də var”.
Ə.Əhmədov əlavə edib: “Azərbaycana göndərilən yeni ABŞ səfirindən başlıca gözləntimiz bundan ibarətdir ki, birincisi, münaqişənin tezliklə nizama salınması üçün həmsədr olaraq ABŞ səylərini daha da artırsın, enerjisini buraya sərf etsin, Azərbaycanı tənqid etməyə yox. İkincisi, yeni səfir öz dövlətinə Azərbaycanla bağlı daha səhih, daha obyektiv, daha düzgün və daha ədalətli informasiyalar təqdim etsin ki, ABŞ-ın ayrı-ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatar ədalətsizliyi, qeyri-obyektivliyi və informasiya qıtlığı ilə fərqlənməsin”.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

