“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası prizmasından gənclərin sabahı
05.12.2014 [09:57]
Son iki onillikdə Azərbaycanın müxtəlif sahələrdə davamlı inkişafı ciddi formalaşmış daxili və xarici siyasətin bariz nümunəsidir. Gənclər sektorunda əldə olunmuş nailiyyətlər dinamik inkişafın əsasını təşkil etməsi ilə bərabər hökumətin hər zaman bu sahəyə önəm verməsini sübut edir. Cənab Prezidentin Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin uğurla həyata keçirilməsi kontekstində gənclərin hərtərəfli inkişafı üçün yaradılan şərait və onların Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsili qloballaşan dünyada Azərbaycan gəncliyinin beynəlxalq təcrübədən yararlanması üçün geniş imkanlar yaradır.
1996-cı ilin 2 fevral tarixində Ulu öndərin təşəbbüsü ilə keçirilən ölkə gənclərinin I Forumu ölkədə gənclər siyasətinin formalaşmasında önəmli rol oynaması ilə bərabər bu sahəyə sistematik yanaşmanı ortaya qoydu. Müntəzəm olaraq ölkədə akademik və qeyri-akademik sahələrin stimullaşdırılması məqsədi ilə yerli və beynəlxalq səviyyəli yarışların keçirilməsi “Bakı-2015” ilk Avropa Oyunları fonunda uğurlu siyasətin əsasını təşkil edir. Bu siyasətə uyğun olaraq, gənclərin potensialının inkişafı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas prioritetlərindən birini təşkil edir. Bu məqsədlə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyasının həyata keçirilməsi də bu yanaşmanın davamlılığını təmin edir.
Beynəlxalq təhsil və təcrübəyə əsaslanaraq qeyd etməliyik ki, əksər dünya ölkələrində gənclər siyasətinin əhəmiyyəti dövlət səviyyəsində vurğulanmadığı kimi gənclərə dövlət qayğısı da bu miqyasda nəzərə çarpmır. Bu baxımdan, əsas məsələ gənclərin bu şəraitdən necə faydalanmasıdır. C.Kennedinin “soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən” sözlərindən fərqli olaraq cənab Prezidentin bu sahədə yürütdüyü siyasətin nəticəsi öz dolğun bəhrəsini vermişdir. Bununla yanaşı, hər bir gəncin borcu olduğu kimi mənim də amalım və missiyam ölkə hüdudlarından kənarda hər zaman Azərbaycanın başını uca tutacaq fəaliyyət göstərməkdən ibarət olmuşdur.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası prizmasından gənclərin sabahı hökumətin bu sahədə yaratdığı imkanlar baxımından parlaqdır. Ən əsası gənclərin ölkədaxili və ölkəxarici fəaliyyəti hökumətin bu sahədəki siyasəti ilə mütənasib olmalıdır ki, Azərbaycan gələcəkdə də dünyanın nüfuzlu ölkələri arasında müxtəlif sahələrdə davamlı inkişafını təmin etsin.
Bu baxımdan, Ulu öndərin “hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir” sözləri gənclərin amalına çevrilmişdir.
Babək MƏMMƏDZADƏ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

