/ / Görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib
Görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib
26.11.2014 [09:52]
“ÜNS” Yaradıcılıq Səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib.
AzərTAc xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə müsahibə verən gənc istedadlı musiqiçi Allahyar Vəzirov Həsən Rzayevin sonuncu tələbələrindən olduğunu bildirib. Diqqətə çatdırıb ki, H.Rzayev çox sadə, təmkinli, incə qəlbli bir insan olub. Onun şərəfli ömür və sənət yolu bizim üçün örnəkdir.
Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Həsən Rzayevin Azərbaycan musiqi sənətinə verdiyi dəyərli töhfələrindən danışıb. O deyib: “Elə insanlar var ki, onlar öz təvazökarlıqları ilə həmişə seçilirlər. Buna baxmayaraq, onların musiqi həyatımızda buraxdıqları iz böyük olur. Biz onları tədricən tanıyıb dərk edirik. Xatirə gecəsinə toplaşdığımız Həsən Rzayev də belə insanlardandır”.
Qeyd olunub ki, Həsən Rzayev 1928-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Onun atası Hüseyn Rzayev teatr rejissoru, anası parlaq opera sənətkarı, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında məşhur Ərəbzəngi partiyasının ilk ifaçısı olan SSRİ Xalq artisti Həqiqət Rzayeva idi. Həsən Rzayevin qardaşı isə tanınmış bəstəkar, skripkaçı Xalq artisti, professor Azər Rzayevdir. Musiqiyə həmişə bu ailədə böyük maraq olub. Ailənin uşaqları da səhnəyə çox kiçik yaşlarında çıxıblar. Həsən Rzayev kiçik uşaq ikən “Leyli və Məcnun” operasında mədrəsə səhnəsində rol alıb.
Vurğulanıb ki, Həsən Rzayevin həyatı doğrudan da fədakar bir musiqiçinin həyatıdır. O, 1953-cü ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) bəstəkarlıq və zərb alətləri ifaçılığı ixtisasları üzrə bitirib və burada pedaqoji fəaliyyətə başlayıb. Onun fakültəyə rəhbərlik etdiyi dövr bu tədris ocağının tarixində parlaq illərdəndir. Həsən Rzayev Azərbaycanda hələ çox az tanınan zərb alətlərini dinləyiciyə tanıdıb. Parlaq ifaçı olan Həsən Rzayev eyni zamanda zərb alətlərinin repertuarında qıtlığı hiss edərək gözəl əsərlər yaradıb.
Onun bəstəkarlıq yaradıcılığı “Babək” simfoniyası, “Uzaq sahillərdə” simfonik-poeması, truba və simfonik orkestr üçün konsert, “Cahargah” rapsodiyası, estrada-simfonik orkestr üçün əsərlər, musiqili komediya, həmçinin dram tamaşalarına bəstələnən musiqilər də daxil olmaqla, demək olar ki, bütün janrları əhatə edir. Ən məşhur əsəri isə bu gün də sevilə-sevilə dinlənilən “Çahargah”dır.
Həsən Rzayev 2000-ci ildə bizi tərk etsə də, xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Bu gün onun işini tələbələri davam etdirirlər.
Xatirə gecəsində Həsən Rzayevin zərb alətləri üzrə tələbəsi, virtuoz ifaçı, Çikaqoda təcrübə keçmiş Allahyar Vəzirov da iştirak edib. Qeyd edək ki, gənc musiqiçi Amerikada təhsilini davam etdirib və ABŞ-da Ağ Evdə Laura və Corc Buşun qarşısında çıxış edib.
Allahyar Vəzirovun ifasında Həsən Rzayevin əsərləri ilə yanaşı, onun müəlliminə həsr etdiyi musiqi də alqışlarla qarşılanıb.
Sonda çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bildirib ki, bu çıxış əslində planlaşdırılmamışdı.
O deyib: “Məsələ burasındadır ki, Həsən Rzayevin oğlu, sizin yaxşı tanıdığınız Atəş Rzayev teatrımız fəaliyyətə başladığı vaxtdan bizimlə birgə təmənnasız, heç bir mükafat, heç nə tələb etmədən çalışır. Sadəcə işləmək istədiyinə görə çalışır. Həsən Rzayev yaşasaydı, bu gün biz onun 85 yaşını qeyd edəcəkdik. Lakin belə insanların ömrü fiziki meyarla ölçülmür. Musiqisi yaşayırsa, o da yaşayacaq. Şagirdi yaşayırsa, o da yaşayacaq. Oğlu yaşayırsa, deməli, hər şey davam edəcək”.
Daha sonra bəstəkarın oğlu Atəş Rzayev tədbirin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51

