“Batumidə qeydə alınan qalmaqalların mənbəyi məlum idi”
26.11.2014 [09:46]
“Batumidə qeydə alınan qalmaqalların mənbəyi məlum idi. Bu, Azərbaycana və Azərbaycan QHT-lərinə qarşı bir təxribat idi. Vaxtında müdaxilə etməsəydik, onlar öz istəklərinə nail olacaqdılar”. Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, Forumda ilk ciddi qalmaqal məhz Çexiyanın “People in Need” təşkilatının foyeyə stendlər quraşdıraraq, Azərbaycana dair tənqidi plakatlar asması ilə başlayıb: “Stendlərdə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət əsassız formada tənqid olunur və bəzən təhqirlərə də yer verilirdi. Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz edərək, Foruma qatılmaqdan imtina etdi. Biz bildirdik ki, insan haqlarının pozulmasına dair hallar başqa ölkələrdə, məsələn, Belarusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada var. Nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir? Təəssüf ki, bizim nümayəndə heyətindən bir neçə nəfər bütün cəhdlərimizə rəğmən iclas zalına daxil oldular. Bununla belə, biz etirazımızı bildirdik, çünki belə bir plakatın yerləşdirilməsi Forumun proqramına daxil deyildi və məsələ sadəcə bizə qarşı qərəzli münasibətin inikası idi”.
Stendləri yerləşdirən Çexiyaya məxsus təşkilatın Avropada ermənipərəst bir təşkilat kimi tanındığını bildirən U.Rəhimoğlu hətta bu təşkilatın Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi Foruma salmağa çalışdığını xüsusi qeyd edib: “Azərbaycan nümayəndə heyəti Forumda bu cəhdin qarşısını aldı”.
Onun sözlərinə görə, erməni nümayəndə heyətinin üzvləri cəbhə xəttində vurulmuş Ermənistana məxsus helikopterlə bağlı məsələni də Forumun gündəminə daxil etməyə cəhd ediblər: “Bizim ciddi təpkimizdən sonra onların bu istəyi də baş tutmadı. Ən vacib nüanslardan biri də “People in Need”in rəhbər şəxslərinin Azərbaycanın işğal olunmuş torpaqlarına, Dağlıq Qarabağa buna qədər bir neçə dəfə qanunsuz səfərlər etməsidir. Göründüyü kimi, bu təşkilatın Azərbaycana qarşı niyə belə addım atmasının səbəbi məlumdur. Bu təşkilata bir sıra erməni QHT-ləri lobbiçilik edir, xüsusilə, Batumi qalmaqalının əsas dirijorlarından biri Ermənistanın vətəndaş cəmiyyəti təmsilçisi Boris Novosardiyanın bu təşkilata təlimatlar verdiyi ortaya çıxdı. Hətta Forumun rəsmi foto və video çəkilişini aparanlar əslən erməni olan işçilər idi”.
Ü.Rəhimoğlu deyib ki, tədbirin ən vacib məqamlarından biri isə Forumda Azərbaycanda insan hüquqları ilə bağlı məruzənin müzakirəyə çıxarılması idi: “Təsəvvür edin, məruzə başdan-ayağa qərəzli və onu da tərtib edən məruzəçilərdən biri Artur Saqunts adlı erməni idi. Prosesin Azərbaycanın əleyhinə cərəyan etdiyini görüb yenidən çıxış etmək qərarına gəldim və söz haqqı istədim. Belə bir məruzənin, özü də erməni əsilli birisinin hazırladığı sənədin Forum iştirakçıları tərəfindən qəbul olunmasının çox ciddi səhv olacağını və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin bu Forumla gələcək əməkdaşlığını sual altına alacağını iştirakçıların diqqətinə çatdırdım. Səsvermə bizim xeyrimizə başa çatdı və biz auditoriyadan dəstək aldıq. Müşahidə etdiyimiz ən vacib detallardan biri də Foruma moderatorluq və həmsədrlik edən şəxslərin aydın şəkildə bizə qərəzli mövqe sərgiləməsi və iştirakçıları bu məruzəni qəbul etməyə yönləndirməsi idi”.
BAMF sədri təəssüf etdiyini bildirib ki, Forumun bəzi iştirakçıları bu səsvermə prosesi ilə bağlı mətbuata səhv informasiya verir, guya ermənilərin də sənədin əleyhinə olduğunu deməklə cəmiyyəti aldatmağa cəhd edirlər. Ermənilərə bəraət qazandırmaq heç də onların adını uca etmir. Əksinə, bunun məyusedici bir hal olduğunu bildirən U.Rəhimoğlu həmin şəxsləri belə strateji məsələlərdə öz siyasi maraqlarından çıxış edərək ictimai marağı manipulyasiya etməkdənsə, öz vicdanlarının səsinə qulaq asıb milli maraqlarımızı qorumağa çağırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23

