Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Yunanıstanda olub
22.11.2014 [12:04]
Noyabrın 18-20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstan Əmək Konfederasiyasının dəvəti ilə bu ölkədə üç günlük səfərdə olub.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ölkənin ən iri həmkarlar ittifaqı təşkilatı olan Yunanıstan Əmək Konfederasiyasında olub.
Görüşdə təşkilatın sədri Yiannis Panaqoraulas Yunanıstandakı sosial-iqtisadi vəziyyət, ölkənin son illərdə qarşılaşdığı iqtisadi böhran haqqında danışıb. O, qeyd edib ki, iqtisadi böhran nəticəsində ölkə iqtisadiyyatına böyük ziyan dəyib, minlərlə iş yeri bağlanıb, işsizlik və yoxsulluq səviyyəsi artaraq 28 faiz olub. Əmək haqlarının vaxtında verilməməsi ölkədə sosial vəziyyətin ağırlaşmasına səbəb olub.
Əmək Konfederasiyasının sədri məlumat verib ki, bu vəziyyətlə əlaqədar son dövrlər ölkədə həmkarlar ittifaqı təşkilatının işi çətinləşib. Həm üzvlük haqlarının yığılmasında problemlər meydana gəlib, həm də iş yerlərinin bağlanması ilə əlaqədar kollektiv müqavilələrin imzalanmasında əngəllər yaranıb.
Y.Panaqoraulas Azərbaycan nümayəndə heyətinin Yunanıstana səfərini yüksək qiymətləndirib, S.Mehbalıyevi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.
Görüşdə S.Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanda həmkarlar ittifaqı hərəkatının 1 əsrdən artıq tarixə malik olduğunu, tarixdə ilk kollektiv əmək müqaviləsinin məhz Bakıda imzalandığını diqqətə çatdırıb. Həmçinin son illər Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlərdən, bu sahədə qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb. AHİK sədri ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın genişlənəcəyinə və daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Noyabrın 19-da AHIK-in nümayəndə heyəti Yunanıstanın əmək naziri Yiannis Vroutsis ilə görüşüb. Nazir 1992-ci ildə Azərbaycana səfərini xatırlayıb və deyib ki, Azərbaycanın son illərdəki güclü inkişafı onu sevindirir. Qeyd edib ki, 2 ay öncə Yunanıstanın Baş nazirinin Azərbaycana səfəri zamanı çəkilən şəkillərə baxdıqda bu inkişafın bir daha şahidi olub.
Y.Vroutsis ölkəsindəki böhranın artıq nizamlandığını, iqtisadiyyatın bir çox sahələrinin tənəzzülünün qarşısının alındığını diqqətə çatdırıb. O, indiki hakimiyyətin qısa müddətdə ölkədə tərəqqi əldə olunmasını təmin edəcəyinə inandığını bildirib, Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Nazir ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əlaqələrin bütövlükdə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə AHİK-in sədri S.Mehbalıyev Azərbaycandakı sosial-əmək münasibətləri haqqında məlumat verib.
Səfər çərçivəsində nümayəndə heyəti Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişiklikləri nazirinin müavini Asimakis Papageorgiou ilə də görüşüb. Nazir müavini dəfələrlə Azərbaycanda olduğunu, Yunanıstan və Azərbaycan hökumətləri arasında sənədlərin hazırlanması ilə əlaqədar çoxsaylı görüşlər keçirdiyini söyləyib, ölkələrimizin əlaqələrinin inkişafını yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

