Korrupsiyaya qarşı mübarizəyə Azərbaycanda yüksək diqqət göstərilir
21.11.2014 [09:40]
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası çərçivəsində noyabrın 20-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanın baş prokuroru, Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının sədri Zakir Qaralov sessiyanın Bakıda keçirilməsinin Azərbaycan dövləti üçün əlamətdar hadisə olduğunu bildirib. Baş prokuror Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciətində korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verildiyini, mühüm vəzifələrin qarşıya qoyulduğunu xatırladıb. Zakir Qaralov Assambleyaya sədrliyin Azərbaycana keçməsinin ölkəmiz üçün böyük uğur olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə müvəffəqiyyət qazanmaq üçün birillik sədrlik müddətində antikorrupsiya qurumları və Avropanın mötəbər təsisatları ilə mühüm tədbirlər həyata keçiriləcək.
Ölkə rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq Azərbaycanda korrupsiya ilə mübarizədə güclü siyasi iradənin mövcudluğunu vurğulayan baş prokuror respublikamızda əsas diqqətin bu sahədə institusional strukturların yaradılmasına yönəldiyini bildirib. Bu baxımdan, ilk növbədə, “elektron hökumət”in yaradılması, bütün dövlət qurumlarında şəffaflığın təmin edilməsi və “ASAN xidmət”in fəaliyyətə başlaması əsas tədbirlər kimi qeyd edilib. Diqqətə çatdırılıb ki, bu institusional tədbirlərin həyata keçirilməsi üçün Milli Fəaliyyət Planı icra olunur və əlaqədar dövlət qurumları qarşısında mühüm vəzifələr qoyulub. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də bu məsələləri daim diqqət mərkəzində saxlayır.
Azərbaycanda keçirilən tədbirin və görüşün əhəmiyyətini yüksək qiymətləndirən OLAF-ın baş direktoru Covanni Kessler son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nailiyyətləri məmnunluqla vurğulayıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binasında yaradılan nümunəvi şəraitdən danışan qonaq Azərbaycanın brendi olan “Asan xidmət”i maraqlı model kimi dəyərləndirib.
Korrupsiyaya qarşı mübarizəyə Azərbaycanda yüksək diqqətin göstərildiyini qeyd edən Covanni Kessler ölkəmizdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması baxımından respublikamızda mühüm profilaktik tədbirlərin görüldüyünü söyləyib.
Görüşdə Azərbaycan ilə OLAF arasında birgə tədbir və layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

