Azərbaycan hər zaman təxribatçı hərəkətlərə cavab verməyə hazırdır
18.11.2014 [09:35]
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov KİV nümayəndələrinə müsahibə verib.
- Novruz müəllim, bu yaxınlarda Azərbaycan Prezidentinin Macarıstana səfəri oldu. Daha sonra isə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfər etdi. Ümumiyyətlə, bu səfərlər kontekstində Azərbaycan ilə hər iki ölkənin münasibətlərinin inkişaf dinamikasını necə xarakterizə edərdiniz?
- Azərbaycan dövləti həm daxili, həm də xarici siyasətdə uğurlu addımlar atır, əldə edilən nailiyyətlər davamlı xarakter daşıyır. Təbii ki, bunu son səfərlər də bir daha nümayiş etdirir. Hər şeydən əvvəl onu qeyd edim ki, bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyev təxminən 15-ə yaxın ölkəyə rəsmi səfər edib. Bunların da əksəriyyəti Avropa ölkələri olub. Eyni zamanda, dövlət başçısı 10-a yaxın beynəlxalq tədbirdə olub. Səfərlər Fransa, Yunanıstan, Macarıstan, İtaliya və digər ölkələrə olub. Beynəxalq təşkilatlardan söhbət gedəndə isə Şanxay Əməkdaşlıq Təşkilatı, Niderlandda III Nüvə Təhlükəsizliyi Sammiti, Böyük Britaniyada NATO sammiti, Çexiyada “Şərq Tərəfdaşlığı” ölkələrinin toplantısı, sonra Gürcüstanda Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığına dair görüş, Xəzər sammiti və digər çox mühüm tədbirlərdə olub.
Bu gün Azərbaycan postsovet məkanında Dağlıq Qarabağ münaqişəsi istisna olmaqla heç bir problemi olmayan və ən uğurlu, hərtərəfli inkişaf edən bir dövlətdir. Azərbaycan iqtisadi, siyasi, hərbi, mədəni və digər sahələrdə çoxşaxəli əməkdaşlıq əlaqələrini genişləndirməklə bərabər, beynəlxalq aləmdə öz mövqeyini mütəmadi olaraq gücləndirib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu böyük layihələrin həyata keçirilməsində yeni bir mərhələ başlayıb. Bu illərdə TAP, TANAP layihələri və gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsi inkişafa xidmət edən böyük layihələrin davamıdır və bunların hər biri həm region, həm də dünya ölkələri, xüsusilə Avropa üçün çox böyük əhəmiyyətə malikdir.
Digər tərəfdən, Azərbaycan bu il ərzində də beynəlxalq aləmdə öz reytinqini, nüfuzunu daha da artırıb. Təxminən 10-a yaxın Avropa ölkəsi ilə Azərbaycan arasında Strateji tərəfdaşlıqla bağlı bəyannamə - bəyanat qəbul edilib, yaxud imzalanıb. Bir neçə gün bundan öncə Prezident İlham Əliyevin Macarıstan dövlətinə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişlənməsinə, dərinləşməsinə təkan verəcək mühüm bir bəyannamə imzalandı. Bundan sonra isə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında bəyannamə imzalandı. Təbii ki, bu bəyannamələrin çox böyük əhəmiyyəti var. Həmin bəyannamələr bu ölkələrin əməkdaşlığına mühüm töhfələr verir. Xüsusilə də, bizim üçün vacib olan məqam budur ki, hər iki bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli məsələsi aşkar şəkildə öz əksini tapmışdır.
Ümumiyyətlə, bu səfərlər ölkələrarası çoxşaxəli münasibətlərin inkişafına xidmət edir. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı da Azərbaycanla strateji tərəfdaşlıqla bağlı bəyanat qəbul edildi. Bir sözlə, dövlət başçısının həm beynəlxalq tədbirlərə, həm də Avropa ölkələrinə səfərləri Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın bu ruha uyğun olaraq inkişafına təkan verir. Ümumilikdə, bizim Avropa ölkələrinin hər biri ilə ayrılıqda pozitiv əlaqələrimiz var. Azərbaycan yeganə dövlətdir ki, bu günə qədər özünün həm müstəqilliyini, suverenliyini, həm sabitliyini, təhlükəsizliyini, həm də iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafını təmin edə bilib. İnanın ki, indiki dövrdə bu, çox çətin məsələdir.
Bütövlükdə, Avropa ilə əməkdaşlıq məsələsi və prosesi ilə bağlı Azərbaycanın xüsusi mövqeyi var. Ümumiyyətlə, bizim Avropa İttifaqı ölkələrinin hər biri ilə ayrılıqda müsbət və məmnunluq doğuran münasibətlərimiz var. Lakin onu da deyim ki, Avropa İttifaqı ilə əməkdaşlıqdan söhbət gedərkən ortaya bir sıra məsələlər çıxdı və biz bu məsələlərlə bağlı xüsusi mövqeyimizi bildirdik. Biz Avropa İttifaqına bildirdik ki, sizin təklif etdiyiniz ‘’Assosiasiya sazişi’’nin bir sıra müddəaları bizi təmin etmir, biz müstəqilliyimizi, suverenliyimizi tam qoruyub saxlamaq istəyirik. Xarici siyasət kursumuzun müstəqilliyini ona görə saxlayırıq ki, bu kurs dövlətimizin, ölkəmizin, xalqımızın bütün maraqlarını qorumağa xidmət etməlidir. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqına xüsusi strateji tərəfdaşlıq sazişi imzalamağı təklif etməsi təsadüfi deyil. Avropa İttifaqının hər bir ölkəsi ilə gözəl əməkdaşlıq edə bilirik. Ona görə də Avropa İttifaqı ilə də belə əməkdaşlıq qurulmasını istəyirik. Azərbaycan onsuz da hər mənada xüsusi ölkədir, əməkdaşlığımız da belə olsun, xüsusi strateji tərəfdaşlıq sazişi imzalansın. Düzdür, əvvəlcə Avropa İttifaqında bu təklifə bir qədər fərqli münasibət göstərdilər, amma görürlər ki, bu addım ən düzgün variant və seçim ola bilər.
- Təmas xəttində təxribatçı hərəkətlər törədən Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması və bu kontekstdə Ermənistanın təxribat xarakterli davranışları ilə bağlı nə deyə bilərsiniz?
- Təmas xəttində helikopterin vurulması zamanı həlak olanlar da insan idilər, əsgər idilər. Onlar, sadəcə Ermənistan rəhbərliyinin avantürist - təcavüzkar siyasətinin qurbanlarıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil.
Ümumiyyətlə, burada çox mürəkkəb proseslər gedir. Birincisi, bu bir neçə ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivləşmə müşahidə olunub. Yəni, uzun fasilədən sonra beynəlxalq birlik, xüsusilə də həmsədr dövlətlər və onların rəhbərləri bu münaqişənin həllinə daha çox diqqət yetiriblər və bu istiqamətdə müəyyən addımlar atılıb. Azərbaycan Prezidenti Rusiya Prezidentinin təşəbbüsü və iştirakı ilə Soçidə Ermənistan prezidenti ilə görüşüb. Bu, münaqişənin həlli istiqamətində atılan bir addım idi. Bundan sonra belə bir görüş ABŞ Dövlət katibinin iştirakı və təşəbbüsü ilə keçirilib və iki ölkənin rəhbərləri arasında danışıqlar aparılıb. Nəhayət, bir qədər bundan əvvəl belə bir təşəbbüslə Fransa prezidenti çıxış etdi, Paris görüşü keçirildi. Görüşdə münaqişənin həlli ilə bağlı proseslərə nəzər yetirildi, fikir mübadiləsi aparıldı. Bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi hansı yolla olursa-olsun, status-kvonu qoruyub saxlamağa çalışır və bunun üçün də müxtəlif yollara - bəhanələrə, yalanlara, böhtanlara əl atır.
Ermənistan dəfələrlə bu cür təxribatçı addımlar atıb, bu, yeni deyil. Kazan görüşü zamanı Ermənistan prezidenti “dəyirmi masa” arxasında Rusiya prezidentinə razılıq verdi ki, danışıqlarla bağlı kiçik bir mətn yazılsın. Mətndə qeyd edilsin ki, danışıqlar gərgin keçdi, müzakirələr aparıldı, bir nəticə əldə olunmasa da, danışıqlar davam etdiriləcək. Belə bir rəsmi bəyanat yayıldı. Lakin yarım saat sonra Ermənistan tərəfi Azərbaycanın münaqişənin həllində maraqlı olmadığını bildirən bəyanatlarla çıxış etdi. Məqsəd bütün dünyaya Azərbaycanın guya qeyri-konstruktiv mövqe tutduğunu göstərmək idi. Belə hallar çox olub. Soçi görüşündən əvvəl cəbhə bölgəsində hərbi əməliyyatlar oldu və cavablarını da aldılar. Və nəhayət, Fransada görüş keçirildi,- düzdür, orada nəzərəçarpacaq irəliləyiş olmadı,- geniş danışıqlar aparıldı. Bu görüşdən sonra Ermənistan rəhbərləri bəyanatlar verdilər ki, görüşdən razı qalıblar. Amma 5-10 gündən sonra yenə də təxribat xarakterli əməllərlə elə bir vəziyyət yaratmağa çalışdılar ki, guya Azərbaycan danışıqlar prosesini pozur. Bunun üçün də hərbi təlimlərlə bağlı qərar qəbul etdilər.
Burada sual olunur: Ermənistan hansı haqla Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirə bilər? Onlar istədilər ki, Azərbaycanı təxribata çəksinlər və hər şeyi Azərbaycanın üstünə atsınlar. Onlar reallıq hissini o qədər itiriblər ki, Qarabağda, Azərbaycanın Ağdam rayonunda, təmas xəttinin üzərində hücum xarakterli uçuşlar həyata keçirirlər. Özü də bu uçuşlar bir neçə dəfə təkrarlanıb. Əlbəttə ki, bu cür hərəkətlərdən sonra o helikopter vurulmalı idi. Onların hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulması demək idi. Onlar anlamalıdırlar ki, Azərbaycan hər zaman təxribatçı, beynəlxalq hüquq normalarına zidd olan hərəkətlərə qarşı cavab verməyə hazırdır.
- Bəzi transmilli media qurumları bu hadisələrlə bağlı subyektiv, qərəzli mövqe tutaraq yanlış informasiyalar yaydılar...
- Bir sıra ölkələr və qurumlar bu hadisə ilə bağlı yalan məlumatlar yaymağa başladılar və xəbərləri müxtəlif formalarda təqdim etdilər. Hətta “Euronews” kanalı müxtəlif dillərdə gedən verilişlərdə məsələ ilə bağlı məlumatları fərqli formada yayımladı.
Sual olunur ki, burada məqsəd nə idi? Bir sıra ölkələr - özlərini beynəlxalq hüququn keşikçisi kimi göstərənlər niyə bununla bağlı mövqe bildirmirlər? Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə ilə bağlı cərəyan edən proseslərdə beynəlxalq hüquqa əsaslanmalıdırlar. Onlar beynəlxalq hüquqa əsaslanaraq deməlidirlər ki, Ermənistanın Azərbaycan ərazisində hərbi təlim keçirmək hüququ varmı? Yoxsa düşünürlər ki, Ermənistanın keçirdiyi hərbi təlimlər Azərbaycanın təhlükəsizliyinə və sabitliyinə, ərazi bütövlüyünə təminat verir? Bax, bu ədalətsizlikdir! Mən, əlbəttə ki, dost ölkələrin də bununla bağlı mövqeyinin olmasını gözləyirdim.
- Türkiyənin bu məsələlərlə bağlı rəsmi mövqeyinə münasibətiniz necədir?
- Şübhəsiz, Türkiyə dost, qardaş, tərəfdaş dövlətdir. Sadəcə olaraq, biz gözləyirik ki, Türkiyə tərəfi də təmas xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirsin. Bunu gözləməyə bizim haqqımız da var.
Avropanın bu işlərlə məşğul olan qurumları bilirlər ki, Ermənistan haqsızdır və beynəlxalq hüququ pozub. Bu məsələ çərçivəsində, bilmirəm, buna qərəzlilik, ədalətsizlik, yoxsa beynəlxalq hüququn ayaq altına atılması deyim. Bu cür mövqedən doğan hallar, sadəcə olaraq, ciddi fəsadlar yaradır ki, bu da bir bəladır. Görürsünüz ki, dünyada nələr baş verir. Dünyada heç vaxt indiki qədər böhranlı vəziyyət, bu qədər münaqişə ocağı olmayıb. Bunlar hamısı özbaşına və ya təsadüfən yaranmayıb.
Bu gün beynəlxalq hüquqa etinasız yanaşan - məhəl qoymayan, onu kobud şəkildə pozan və buna şərait yaradan, əslində, dünyanın aparıcı dövlətləridir: Beynəlxalq birlik - BMT-dən tutmuş ATƏT-in Minsk qrupuna qədər - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elə ilk günlərdən ədalətli mövqe tutaraq bu münaqişəni həll etsəydi, digər münaqişələr də sonradan belə gərgin şəkil almazdı. Dünyada baş verən hadisələrin bu cür gərginləşməsinin səbəblərindən biri də budur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

