Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə aksiyaları yüksək qiymətləndirilib
15.11.2014 [11:38]
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin Bayt-ul-Mal xeyriyyə təşkilatının icraçı direktoru Abid Vahid Şeyx ilə görüşüb.
A.V.Şeyx görüşdə deyib ki, rəhbərlik etdiyi təşkilat 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu və Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə əməkdaşlıq edir. O, Bayt-ul-Malın nəzdində fəaliyyət göstərən uşaq və qocalar evlərinə Heydər Əliyev Fondunun dəstəyi ilə göstərilən yardımlara, həmçinin Pəncab əyalətinin 8, Kəşmirin 2 rayonunda daşqınlar və leysan yağışlarından zərər çəkən insanlara edilən humanitar yardımlara görə minnətdarlığını bildirib. İcraçı direktor ümumiyyətlə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə aksiyalarının ölkəsində yüksək qiymətləndirildiyini söyləyib.
A.V.Şeyx deyib ki, hər il Pakistanda 5 min uşaq talassemiya xəstəliyi ilə anadan olur və müalicənin olmaması ucbatından onlar 16-17 il yaşayır. Məhz buna görə də təşkilatın nəzdində Talassemiya və Hemofiliya bölmələrinin və Anemiya Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib.
Səfir Daşqın Şikarov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda yaradılan və insanları pulsuz müayinə ilə təmin edən Talassemiya Mərkəzinin fəaliyyəti barədə də danışıb. Bildirilib ki, bu Mərkəz talassemiyadan əziyyət çəkən xəstə uşaqlar, eləcə də onların valideynləri üçün böyük önəm daşıyır. Səfir Azərbaycanda 2011-2015-ci illər üçün talassemiya və hemofiliya xəstəlikləri ilə bağlı Dövlət Proqramının qəbul edildiyini bildirib və deyib ki, Heydər Əliyev Fondu hələ 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsini elan edib.
Sonra D.Şikarov A.V.Şeyx ilə birlikdə Anemiya Mərkəzində aparılan tikinti işləri ilə tanış olub.
Anemiya Mərkəzi üçün avadanlığın alınması məqsədi ilə Heydər Əliyev Fondu adından maliyyə yardımı göstərilib.
A.V.Şeyx İslamabadda Anemiya Mərkəzinin yaradılmasına göstərdiyi yardıma görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, bu addımı ölkələrimiz arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Anemiya Mərkəzinin Bakıda fəaliyyət göstərən Talassemiya Mərkəzi ilə əməkdaşlıq edəcəyinə ümidvar olduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23

