Azərbaycan-tolerantlığa nümunə ölkə
12.11.2014 [09:55]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 11-də Qəbələdə “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilib.
AzərTAc xəbər verir ki, 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Qəbələ şəhərindəki məscidlərdə dindarlarla görüşüb, onlar üçün yaradılan şəraitlə maraqlanıblar.
Konfransda ölkəmizdəki mövcud dini durum, dövlət-din münasibətləri, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycanda Beynəlxalq Tolerantlıq Günü Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Azərbaycan keçmiş sovet ölkələri arasında tolerantlıq gününü qeyd edən ilk ölkə olub.
Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Komitə sədri dövlətin din sahəsinə qayğısından, Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunmasında xidmətlərindən söz açaraq, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tolerantlıq ünvanı - Azərbaycan” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə tolerantlığın tarixi, bugünkü vəziyyəti barədə məlumat verib. G.İsmayılov bildirib ki, hər bir Azərbaycan vətəndaşı üçün tolerantlıq təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbatdır.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir. Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də indiki və gələcək nəsillər ona hədəflənməlidirlər ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkədə dini dözümlülük ənənələrinin qorunub saxlanmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. O qeyd edib ki, bu istiqamətdə aparılan siyasətə ölkədə ictimai-siyasi sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Ceyhun Rüstəmov İslamın digər dinlərə tolerant münasibətindən, bölgənin tolerantlıq ənənələrindən danışıb. O qeyd edib ki, ölkəmizdə nümunəvi tolerantlıq mühitinin formalaşmasında İslam dininin xüsusi rolu olub.
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili çıxış edərək bildirib ki, Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövləti udi icmasının fəaliyyətinə qayğı ilə yanaşır. 2003-cü ildə Qəbələnin Nic qəsəbəsindəki, 2010-cu ildə isə Oğuzdakı Alban-Udi Xristian İcması qeydiyyatdan keçib.
Qax rayonu Müqəddəs Georgi dini icmasının nümayəndəsi xanım Nanuli Kulaşvili, Oğuz yəhudi icmasının nümayəndəsi Rasim Mikayılov və İsmayıllı rayon İvanovka kəndi molokan icmasının nümayəndəsi Qriqoriy Smirnov çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara qayğısından danışıblar.
Konfransda Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb.
Tədbirdə dindarları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara “Tolerantlıq” kitabı paylanılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

