Bir səfərin təəssüratları...
01.11.2014 [12:37]
Yaxud Avropa payızında insan etüdləri
ATƏT PA-nın payız sessiyası çərçivəsində Cenevrədə səfərdə idik. Baxmayaraq ki, bu şəhərdə bir neçə dəfə olmuşam, budəfəki səfərim ən yaddaqalanlarından biri idi. Həmkarlarımla birlikdə bir neçə saatlıq şəhərə və Cenevrə gölünə gəzinti təşkil olunmuşdu. Təbiət və insan əlinin sayəsində yaradılmış gözəlliklər göz oxşayırdı. Gölün kənarındakı park isə diqqətimi daha çox cəlb etdi. Payızın özü kimi müxtəlif rəngli dünyanın hər yerindən gəlmiş insanlar dəstə-dəstə gəzişir, şəkil çəkdirir, idmanla məşğul olur, azyaşlı uşaqlar ətrafda qaçışır, qayğısız gülüşləri ilə insanın qəlbini riqqətə gətirirdilər.
Hər kəsin bu gözəlliklərdən maksimum zövq almaq istəyi açıq-aşkar görünürdü. Bütün bunlar təbii olduğu qədər də bəşəri və fərdi təsir bağışlayırdı. İnsan və gözəllik qədər ahəngdar idi. Ev sahiblərinin söylədiyinə rəğmən günəş də hər zaman olduğundan daha isti, daha şəfəqli idi. Bir sözlə, insanların istək və arzuları ilə təbiətin arasında bir harmoniya var idi. Bu harmoniyanı pozan bir cəhəti isə heç unuda bilmirəm.
Gəzintinin əvvəlindən sanki bizi təqib edirlərmiş kimi bir cütlük diqqətimi cəlb etmişdi.
Gənc bir oğlanla, hicablı bir xanım da parkda gəzişirdilər.
Özü-özlüyündə təbii ola biləcək bu faktın qeyri-adiliyi onda idi ki, xanım təpədən-dırnağa kimi elə bürünmüşdü ki, çox müasir bir geyimdə olan gəncin yanında sanki qara bir kölgə gedirdi. Ətrafdakıların xanım kimi qəbul edə biləcəkləri bu varlığın nə üzü, nə də gözləri görünürdü. Üz nahiyəsində bir neçə qat niqab asıldığından hərəkətləri dünya işığına həsrət gözdən əlilləri xatırladırdı. Özü sərbəst yeriyə bilmədiyi üçün oğlanın əlindən bərk-bərk tutmuş, yalnız onun apardığı istiqamətdə yerini dəyişirdi.
Belə deyirəm, ona görə ki, o, sanki yerimir, gəzmir, kölgə kimi fəzada yerini dəyişirdi. Yaşlı idimi, cavan idimi, deyə bilmərəm. Gözəl idimi, çirkin idimi, onu da bilmədim. Anası idimi, bacısı idimi, yaxud həyat yoldaşı idimi, məlum deyildi. Hansı ölkədə, hansı şəhərdə və bu şəhərin harasında idi bilirdimi, bilmirəm. Həyata, dünyaya, insanlara, bütün gözəlliklərə gözü bağladılmış bu varlığın görəsən qulaqları eşidirdimi? İnsanların danışıqlarını, uşaqların gülüşlərini, ləpələrin səsini, qağayıların qaqqıltısını, payız günəşinin şəfəqləri altında min rəngə çalan yarpaqların pıçıltısını eşidirdimi görəsən? Və görəsən onun qaranlıq dünyası ilə bu işıqlı aləm arasında əl-qolunu yelləyərək dil-boğaza qoymadan danışan bu oğlandan savayı bir əlaqə vasitəsi vardımı? Sadəcə baxmaq, ətrafı görmək və özünü idarə etmək üçün Tanrı tərəfindən verilən bir cüt gözü, insan və qadın olaraq yaradılmışın bu dünyaya ən işıqlı pəncərəsini bağlamağa digər yaradılmışların haqqı varmı? Bu halal haqqından keçməyə qadını nə vadar edir axı?
Suallar beynimdə bir-birini əvəzləyir. Lakin ağlabatan bir cavab tapa bilmirəm. (Çox xahiş edirəm opponentlərdən, köhnə bayatıları oxumasınlar. Onsuz da inandırıcı deyillər və özləri də bunlara inanmırlar).
Məni daha çox narahat edənsə insanların bir çoxunun bu cütlüyə ehtiyat və qorxu ilə baxması idi. Bəlkə də dünyanın ən zəif məxluqu olan bu qara kölgəyə dəhşətli bir kabus kimi baxanlar dərhal da üzlərini çevirir, bir-biri ilə pıçıldaşır, mənim bunu sezdiyimi gördükdə isə üzümə gülümsünürdülər.
Halbuki, eyni dinin daşıyıcısı olaraq oxşar hissləri bu adamlarda mən də oyada bilərdim, əgər oxşar libasda olsaydım. Mənə təbəssümlə baxsalar belə mən də özümü qara kabus kimi hiss edirdim. Sanki gözlərim bağlandığından qulaqlarım daha həssas idi. Hər kəsin nəinki dediyini, hətta düşündüklərini belə eşidirdim. Qara kölgə mənə deyirdi: - “İnanma, dedikləri yalandır. Məndən insanlığa heç bir təhlükə gəlməz. Mən də bu gözəl təbiətin və bəşəriyyətin bir parçasıyam. Mənim üçün qaralmış bu dünyanın rənglərini çox sevirəm. Əlimdən tutub aparanların isə bir gün mənəvi qaranlıqdan çıxacaqlarına çox inanıram. Ona görə də əllərini buraxmıram...”
Hələ uzun illər bundan əvvəl gözəl Bakımızın milli parkında rast gəldiyim mənzərə canlandı gözlərimdə. Eynilə gəzintiyə çıxmış çoxsaylı insanların içində bir cütlük var idi. Və onlarla rastlaşan hər kəs dönüb onlara baxırdı. Bugünkündən fərqli olaraq sevgiylə, mərhəmətlə, xeyirxahlıqla baxırdılar. Çünki o zaman gözəl və müasir geyimli gənc bir xanım gözləri kor bir oğlanın əlindən tutaraq gəzməyə çıxarmışdı. Ətraf aləm haqda üzündə ikiqat sevinc və qayğıyla oğlana danışır, günəşli Bakı şəhərinin gözəlliklərini həvəslə ona təsvir edirdi. O zaman mənim o gənclərə bir növ yazığım gəlmişdi. Həyatlarının, ömürlərinin əzab içərisində keçdiyini düşünmüşdüm. Xüsusilə dünya işığına həsrət qalmış bir insana bu dünyanın rənglərini təsvir etməyin çox çətin bir iş olduğuna inanmışdım.
İndi özünüz düşünün, hansı çətindir? Sağlam bir insanı günəş işığına həsrət qoymaq, yoxsa mənəviyyat günəşi ilə qaranlıqları parçalamaq?
Bahar Muradova,
Bakı-Cenevrə-Bakı
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

