Anti-Azərbaycan dairələrin növbəti təxribatı...
29.10.2014 [10:06]
Yaxud demokratik dəyərləri üstün tutduğunu iddia edən bəzi dairələrin “insan hüquqlarının müdafiəsi” adı ilə qanun pozuntularına haqq qazandırıb, qanunların aliliyi prinsipini heçə sayması nəyi ifadə edir?
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması, ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Azərbaycan fundamental azadlıqların təmin olunduğu ölkədir
Sadalananlarla yanaşı, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına, milli maraqlara xidmət edir. Bütün bunlar, eyni zamanda, ölkədəki əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Başqa sözlə, həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyəti strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Qanun pozuntularına haqq qazandırmaq hüququn aliliyi prinsipinə ziddir
Lakin təəssüflər olsun ki, bəzi xarici qurumlar, “insan hüquqlarının müdafiəsi” adı ilə qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar. Həmin dairələr özlərinin məhdud korporativ maraqları naminə bu və ya digər məsələlər ətrafında dövlətimizə təzyiq etmək, Azərbaycanın yüksək beynəlxalq imici və reytinqinə xələl gətirmək üçün ən müxtəlif vasitələrə baş vururlar.
Qeyd etdiyimiz kimi, bu sırada daha çox “demokratiya”, “insan hüquqları” kimi məfhumlardan istifadə edilir. Bu kontekstdə son olaraq “Amnesty İnternational” təşkilatının bəyanatında bu cür qeyri-obyektiv, qanunun aliliyi prinsipinin heçə sayıldığı məqamlar yer alıb. Bəyanatda ölkəmizdə hüququn aliliyi prinsipini heçə sayaraq qanun pozuntularına yol vermiş şəxslər müdafiə edilib, bir növ, onların cinayətkar fəaliyyətinə haqq qazandırılıb. Bundan başqa, Vaşinqtonda yerləşən Açıq Cəmiyyət Fondunun Avropa Sabitlik Təşəbbüsü Mərkəzi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID-in təmsilçilərinin də iştirakı ilə keçirdiyi tədbirdə ölkəmizin əleyhinə qərəzli fikirlər səsləndirilib.
Azərbaycanda hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil
Bəhs olunan qurum və dairələr nəzərə almalıdırlar ki, Azərbaycanda hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil. Onlar məhz bunu nəzərə alaraq anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur.
Bu cür subyektiv mülahizələr əsasında hazırlanmış bəyanatlarla çıxış edənlər onu da bilməlidirlər ki, milli və ictimai maraqlara zidd fəaliyyət göstərən şəxslərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək. Azərbaycan dövləti qanunların və hüququn aliliyi prinsipi əsasında fəaliyyət göstərir və sosial statusundan, peşə mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında müəyyən vəzifə və öhdəliklərə malikdir. Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır. Məhz qanunun işlədiyi cəmiyyətlərdə ictimai və dövlət mənafelərinə zidd fəaliyyət göstərənlər layiq olduqları cəzanı alırlar.
“Amnesty İnternational” təzyiq qrupu funksiyasını icra edir
Dünyanın müxtəlif ölkələrində insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdığını iddia edən “Amnesty İnternational”, eləcə də Açıq Cəmiyyət Fondu kimi qurumların qərəzli, eyni zamanda, missioner fəaliyyət göstərdikləri sirr deyil.
Xüsusilə qeyd etmək lazımdır ki, “Amnesty İnternational” təşkilatının məhz bu zamana qədərki bəyanatlarında əks olunan subyektiv və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması və ikili standartlar əsasında çıxış etmək deməkdir. Başqa sözlə, “Amnesty İnternational” kimi təşkilatların hesabat və bəyanatları real məqamlar, faktlar əsasında deyil, müəyyən dairələrin maraqlarına xidmət edən detallar əsasında hazırlanır.
“Amerikanın səsi” anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərir
Digər tərəfdən, “Amerikanın səsi” radiosunun bütün bu qərəzli iddialara tribuna verməsi onu göstərir ki, bu, erməni lobbisi, anti-Azərbaycan və islamofob dairələrin “The Washington Post” kimi ruporlar vasitəsilə Azərbaycana qarşı təzyiq etməsidir. Çünki anti-Azərbaycan dairələri dəstəklədikləri - ölkəmizdə illeqal fəaliyyət göstərən şəxs və qurumların (əsasən QHT təmsilçilərinin) hüquqi məsuliyyətə cəlb olunmalarından dərin narahatlıq keçirirlər. Məhz buna görə də, qanun pozuntularına haqq qazandırır, hüququn aliliyi prinsipinə məhəl qoymayaraq öz dağıdıcı maraqları naminə Azərbaycana təsir və təzyiq göstərməyə çalışırlar.
Beləliklə, aydın olur ki, “Amerikanın səsi”nin Azərbaycan əleyhinə yayımladığı ifadələr tamamilə qərəzli xarakter daşıyır. Bu, eyni zamanda, ona dəlalət edir ki, öz fəaliyyəti ilə dünyaya “nümunə” olduğunu iddia edən bu media qurumu, əslində, bir sıra hallarda təzyiq qruplarının ruporu qismində çıxış edir.
Bundan başqa, bəhs olunan media qurumu nədənsə Qərb ölkələrində, eləcə də Avropa məkanında və ABŞ-ın özündə çoxsaylı qanun pozuntularına dair hər hansı bir məlumat yaymır, bu məsələlərdən yan keçməyi üstün tutur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

