Leyla Yunusova-Barseqyana Şnobel mükafatı verilsin!!!
29.10.2014 [09:58]
Haqqın.az saytı yeni təkliflə çıxış edir
Ermənipərəst Leyla Yunusova-Barseqyan “Saxarov” mükafatına həsrət qaldı. Onun indiyə qədər aldığı “mükafatlar”ın sırasına biri də əlavə olunmadı. Bu isə Leyla Yunusova-Barseqyanı və onu dəstəkləyən erməni lobbisini xəyal qırıqlığına uğradıb. Bu arada isə “Haqqın.az” saytı maraqlı bir təkliflə çıxış edib. Həmin təkliflə bağlı saytda aşağıdakılar qeyd edilib: “Leyla Yunus mükafata layiqdir. O, bu işi sevir, biz də “Haqqın.az” olaraq böyük siyasətdən mənfəətli hüquq müdafiəçiliyinə qədər hər şeylə məşğul olan bu balaca “nəhəng”in arzusunu təmin etmək qərarına gəldik. Beləliklə, “Haqqın.az” vətəndaş Yunusun Şnobel mükafatı ilə təltif edilməsi təklifi ilə çıxış edir”.
Sayt yazır ki, bu mükafat 1991-ci ildə Mark Abrahamson və “İnanılmaz tədqiqatlar salnaməsi” yumoristik jurnalı tərəfindən təsis edilib: “Düzdür, biz bir az gecikmişik. Axı bu mükafatın laureatı oktyabrın əvvəlində, yəni əsl Nobel mükafatına namizədlərin adları təqdim edilən zaman açıqlanır. Digər tərəfdən, bu mükafat hələ ki ölkəmizdə heç kimə təqdim edilməyib və bu baxımdan çoxları pioner olmaq istəyindədir”.
Bəli, həqiqətən də, L.Yunus bu mükafatı əvvəlcə gülməyə, sonra isə düşünməyə vadar edən hərəkətləri ilə çoxdan “haqq edib”. Yeri gəlmişkən, qeyd edək ki, Şnobel adı Nobel mükafatının rus dilində səslənmə variantıdır. Bu mükafatın adı ingilis dilində “Ig Nobel Prize” adlanır. Adın qarşısındakı “sifət” isə “biabırçı” kimi tərcümə olunur.
Saytın Leyla Yunusova-Barseqyanın bu mükafata layiq görülməsinə dair təklifi heç də təsadüfi deyil. Axı “hüquq müdafiəçisi” adı altında qeyri-qanuni olaraq bank hesablarında külli miqdarda pullara, xaricdə alınmış daşınmaz əmlaklara sahib olmaqdan böyük biabırçılıq varmı? Bununla rəqabəti yalnız məşhur yunusovların “mən pi-pi istədim” fikri apara bilər. Bu, “siyasi xit” idi və mükafat da mütləq şəkildə öz yiyəsinə qovuşmalıdır.
Hələ ər Arif Yunus da var. O, vaxtaşırı “səhnəyə çıxaraq” “xəyali xəstə” rolunu oynayır. Düzdür onun oyunlarında əvvəlki parıltı yoxdur. Hansı ki o, daha ahəngdar şəkildə ər rolunu ifa edirdi. Bu baxımdan o da Leyla Yunusovaya maneə ola bilməz.
Bəli, saytın da yazdığı kimi, L.Yunusova-Barseqyan qrant almaq üçün bütün yollara baş vurub, bütün vasitələrdən istifadə edib. Hətta yazılması qeyri-mümkün, heç bir normaya sığmayan, etikaya uyğunlaşmayan hərəkətləri ilə L.Yunusova-Barseqyan Şnobel mükafatını almağı haqq edir. Nəzərə alaq ki, bu mükafatı 2013-cü ildə tailandlı həkim Kasian Bxanqanadu almışdı. Onun irəli sürdüyü təklifin nə olduğunu isə oxuyanlar “bilir”.
Həmin il Şnobel mükafatının daha bir laureatı Böyük Britaniyadan Bert Tolkamp olmuşdu. Onun irəli sürdüyü ideya isə belə idi: İnək nə qədər çox uzanırsa, onun qalxma ehtimalı o qədər böyükdür... Yəqin ki, artıq şərhə ehtiyac qalmır...
Saytın məqaləsində, həmçinin, “əgər bu misallar Leyla Yunusovaya ciddi görünmürsə, xatırladaq ki, bu mükafatı ABŞ-ın Hesablama Palatası da alıb. Palata bu mükafatı hesabat haqqında hesabatında hesabat üzrə hesabatın hazırlanmasını tövsiyə etdiyi üçün alıb...” fikirləri də öz əksini tapıb.
Bu məqamda qeyd edək ki, 2010-cu ildə bu mükafatı Britaniyanın elm adamları almışdılar. Mükafatı almaq səbəbi isə bu idi ki, onlar söyüşün ağrıları azaltdığını sübut etmişdilər. Və kimsəyə sirr deyil ki, bu işi də L.Yunusova yaxşı bacarır. Hər kəs şahid olmuşdu ki, o, ağrılarını, acılarını azaltmaq üçün Azərbaycan polisini necə təhqir edirdi. Beləliklə, yenidən Şnobel onun üçün əlçatan olur.
“Nəhayət, bu mükafatı L.Yunusovaya avans olaraq vermək mümkündür. Çünki o, Azərbaycanı qaralamağa çalışan hər kəsi müdafiə etmək üçün aktiv mübarizə aparmağa hazırdır”, - deyə saytın məqaləsində daha sonra bildirilir: “Əminik ki, ona xoş olacaq. Ona xoş olanda isə bizə də xoş olacaq. Bunu Frunzik Mkrtıçyan demişdi. Bildiyiniz kimi, Leyla xanım hər zaman ermənilərin sözünə qulaq asıb”...
Bəli, Azərbaycan xalqına düşmən kəsilən, ermənipərəst dairələrin əlində rupora çevrilən L.Yunusova-Barseqyan kimiləri yalnız Şnobel mükafatına “layiqdirlər”...
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16

