/ / Siyavuş Novruzov: Bu gün sinəsinə döyənlərin çoxu qapıları döyüləndə müraciətə qol çəkməmişdilər
Siyavuş Novruzov: Bu gün sinəsinə döyənlərin çoxu qapıları döyüləndə müraciətə qol çəkməmişdilər
17.10.2014 [09:39]
“İmzatoplamada əsasən Əli Nağıyev, Hacıbala Abutalıbov, Zahid Qaralov, Eldar İbrahimov, Həsən Mirzəyev, Murtuz Ələsgərov, Səfiyar Musayev, Siruz Təbrizli iştirak edirdi”
“O zaman Azərbaycanda ictimai-siyasi vəziyyət çox gərgin idi. Hakimiyyətin başında dayananlar dövləti parçalamışdılar, vətəndaş müharibəsi gedirdi, separatçı qüvvələr ortaya çıxmışdı. Torpaqlarımız hərc-mərclikdən istifadə edən ermənilər tərəfindən işğal edilirdi. Belə bir dönəmdə Ümummilli lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət ünvanlandı”. Bunu SİA-ya açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, həmin müraciətə qədər bir çox insan dəfələrlə Naxçıvana Ulu öndərin yanına gedərək Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etməyi xahiş edirdi: “Nümayəndə heyəti 3 dəfə dahi şəxsiyyətin ziyarətində olmuş, hər bir gedişatı müzakirə etmişdi. Məhz bu baxımdan da, ziyalıların Ulu öndərə müraciəti vacib amil sayılırdı. Bunun üçün əvvəlcə siyasi partiya yaratmaq, daha sonra isə sivil yolla, seçkilərin keçirilməsi ilə hakimiyyətə gəlmək lazım idi. Azərbaycanın bütün bölgələrindən tanınmış ziyalılar müraciət qəbul etdilər ki, bu da Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında müstəsna rol oynadı. YAP-ın yaranmasına dair Ümummilli liderin razılığı məhz ziyalıların müraciətindən sonra oldu”.
S.Novruzov qeyd edib ki, bu gün sinəsinə döyüb irəli atılanların əksəriyyəti qapıları döyülən zaman müraciətə qol çəkməmişdilər: “1990-cı illərdə Milli Məclisin üzvü olanların, müxtəlif adlarla təltif edilənlərin demək olar ki, əksəriyyətinin qapısı döyülmüşdü. Əksəriyyəti Ulu öndər Heydər Əliyevin çörəyini yeyənlər olsa da, onlar bu müraciətə qol çəkməyi rədd etmişdilər. Siyahıya baxsaq, orada sayılı mədəniyyət işçilərinin adlarını görərik. “91-lər”in müraciətində elm adamları daha çox aktivlik göstərirdilər. İmzatoplamada iştirak edənlər bu günə qədər yaddaşımdadır. İmzatoplamada əsasən Əli Nağıyev, Hacıbala Abutalıbov, Zahid Qaralov, Eldar İbrahimov, Həsən Mirzəyev, Murtuz Ələsgərov, Səfiyar Musayev, Siruz Təbrizli iştirak edirdi”.
YAP İcra katibinin müavini S.Novruzov onu da bildirib ki, Ulu öndər Heydər Əliyevə ziyalıların müraciəti ilk dəfə “Əlincə” Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı olan “Səs” qəzetində çap edilib: “Başda “Səs” qəzetinin o zamankı baş redaktoru Ağabəy Əsgərov olmaqla, ümumilikdə qəzetin kollektivi çox böyük sınaqlardan keçərək, aktivlik nümayiş etdiriblər. Bütövlükdə “91-lər” Yeni Azərbaycan Partiyasının Qızıl Fondudur”.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

