/ / Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib
03.10.2014 [09:53]
Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib.
AzərTAc xəbər verir ki, iclasa sədrlik edən təhsil naziri Mikayıl Cabbarov qonaqları salamlayıb və Bakıda artıq dördüncü dəfə keçirilən Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər oktyabrın 3-də keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. Son illərdə ölkəmizdə elm və təhsil sahəsində mühüm işlərin görüldüyünü qeyd edən nazir M.Cabbarov Azərbaycanda bu istiqamətdə vacib islahatların həyata keçirildiyini, ötən il təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının təsdiq olunduğunu vurğulayıb.
* * *
ABŞ-ın Kaliforniya ştatı Məclisinin sabiq spikeri, Los-Anceles şəhərinin sabiq meri Antonio Villereyqosa rəhbərlik edəcəyi “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlərdən danışıb. O, multikulturalizmin həyatda əksər proseslərə təsir etdiyini, bu sahədə yaranan böhranın isə son dərəcə mürəkkəb problemlərə səbəb olduğunu vurğulayıb. A.Villereyqosa bildirib ki, humanitar, xüsusilə multikulturalizmə aid məsələlər dövrümüzün aktual məsələləridir. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli ölkədir. Buradakı müsbət ab-hava dünyanın bir çox yerlərində arzulanır.
* * *
“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”ya sədrlik edəcək Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman çıxış edərək bildirib ki, Azərbaycan mənim doğma vətənimdir və bu gün burada olduğum üçün çox xoşbəxtəm. Mən birinci Forumda da iştirak etmişəm. Həmin vaxtdan Forumun xeyli inkişaf etdiyi, zənginləşdiyi göz qabağındadır. Əminəm ki, Bakı Beynəlxalq Humanitar Forumu əhəmiyyətinə görə gələcəkdə Davos İqtisadi Forumunu geridə qoyacaq. M.Qusman “dəyirmi masa”da müasir mediasferanın problemləri, rəqəmsal dövrdə KİV-lərin rolu və digər bir sıra aktual məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.
* * *
Rumıniyadakı Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden Mamut “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlı “dəyirmi masa”ya sədrlik edəcəkdir. O, müasir dövrdə elmin inkişafı ilə bağlı görülən işlərin diqqəti cəlb etdiyini, dünyanın hər yerində təhsil imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. E.Mamut bildirib ki, “dəyirmi masa”da müxtəlif ölkələrdən olan mütəxəssislərin 21 məruzəsi dinləniləcək, mövzuya dair bir çox məsələlərə aydınlıq gətiriləcək.
* * *
ABŞ-ın Kolumbiya Universitetinin professoru Con Lourens rəhbərlik edəcəyi “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlər barəsində məlumat verib. Ekoloji sivilizasiyanın əhəmiyyətindən danışan amerikalı alim deyib ki, müasir dövrdə insan inkişafı indeksi olduqca vacib göstəricidir. Bu indeks əslində çox sadə hesab olunur. Onun əsasında müəyyən ölkələr, o cümlədən Azərbaycan öz standartlarını dəyişib.
* * *
Türkiyənin Atatürk Universitetinin rektoru, professor Hikmət Koçak bildirib ki, rəhbərlik edəcəyi “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” adlı “dəyirmi masa”da daha çox fəlsəfi və fərqli yöndə müzakirələr aparılacaq. Alim deyib ki, qloballaşma prosesində insan və cəmiyyət modeli ortaya çıxır və hər bir fərd cəmiyyətin inkişafına töhfə verməlidir.
* * *
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xərçəng xəstəliyi üzrə müalicə mərkəzinin rəhbəri Karol Sikora “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə və perspektivlər” adlı “dəyirmi masa”da tibb elminin son illərdəki nailiyyətlərindən, gələcəyindən və problemlərindən söz açılacağını vurğulayıb. O bildirib ki, hazırda texnologiyada inqilabi sıçrayış baş verib. Xərçəngə səbəb olan molekulların hərəkət istiqamətini araşdırmaq mümkün olsa, ilkin mərhələdə diaqnozun qoyulmasına nail olacağıq.
* * *
“Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”ya rəhbərlik edəcək Avstriyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Texniki Əməkdaşlıq Departamentinin proqram rəhbəri İvan Videnoviç bildirib ki, təhsil sektorunun inkişafı rabitə və yüksək texnologiyaların inkişafı ilə birbaşa bağlıdır. Bizim “dəyirmi masa”mızda 19 ölkədən 60-dək nümayəndə, o cümlədən üç Nobel mükafatı laureatı iştirak edəcək. Azərbaycan nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə maraqlı olan ölkələrdəndir. Azərbaycanlı alimlər çıxışlarında məhz bu məsələlərdən söz açacaqlar.
* * *
Avropa Şurasının sadiq baş katibi Valter Şvimmer rəhbərlik edəcəyi “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” adlı “dəyirmi masa”nın olduqca vacib və aktual məsələyə həsr olunduğunu vurğulayıb. O bildirib ki, “dəyirmi masa”da postmodern erasında dəyərlərin dəyişməsinə daha çox ehtiyac olduğu nəzərdən keçiriləcək. Azərbaycan da uzunsürən münaqişədən əziyyət çəkir. Qafqazda sülhün bərqərar olması hazırda bu region üçün çox vacib məsələdir.
* * *
Sonda nazir M.Cabbarov tədbirin iştirakçılarına təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

