Azərbaycanda qəbiristanlıqlarla bağlı vahid sistem tətbiq ediləcək
19.09.2014 [09:52]
“Azərbaycanda insanın dəfn edilməsi qaydaları, qəbirlər, məzar daşları və onların ölçüləri ilə bağlı qanun layihəsi hazırlanır”. Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
DQİDK sədrinin sözlərinə görə, qəbiristanlıqlar getdikcə şəhərlərin içinə keçir: “Şəhərlər böyüyür və həmin məzarlıqların köçürülməsi və yerinin dəyişdirilməsi zamanın tələbinə çevrilir. Bundan əlavə, əhali arasında narazılıq doğuran məsələlərdən biri də məzarların üstündə başdaşı və qəbirüstü abidələrin ifrat həddə çatdırılmasıdır. Ona görə də bu məsələ dövlətin diqqət mərkəzindədir və bununla bağlı yeni qanunun qəbul ediləcəyi gözlənilir”.
Dövlət Komitəsinin sədri bildirib ki, artıq həmin qanun layihəsi ilə bağlı işlər yekunlaşmaq ərəfəsindədir: “Bütün dinlər qəbirlərin itməsini tələb edir. Hətta buddizmin yayıldığı ərazilərdə insanlar krematoriyalarda yandırılır. Əlbəttə, bu, Azərbaycanda qəbuledilməzdir və bizim dinimizə, mentalitetimizə, əxlaqımıza yaddır. İslam dini bunun çıxış yolunu tapıb - məzar itməlidir. Məzar torpaqdan bir az hündür olmalıdır. Bununla bağlı artıq qanun layihəsi üzərində iş bitmək üzrədir. Orada qəbirlər, məzar daşları, onların ölçüləri, insanın dəfn edilməsi ilə bağlı bütün məsələlər öz əksini tapıb”.
M.Qurbanlı qeyd edib ki, qanun layihəsi artıq Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, DQİDK-da da nəzərdən keçirilib və bununla bağlı rəy və təkliflər verilib: “Hazırda məsələyə Nazirlər Kabineti səviyyəsində baxılır. Qeyd edim ki, bununla əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar mövcuddur. Sadəcə parlament tərəfindən qanunun qəbul edilməsi ilə bu məsələ daha təkmil xarakter alacaq. Bundan sonra məzarlıqlarda heykəllər, böyük daşlar qoymaq tədricən aradan qaldırılacaq və bu sahədə vahid sistem tətbiq ediləcək”.
Dövlət Komitəsinin sədri bu qanunun geriyə şamil edilməyəcəyini xüsusi vurğulayıb: “İndiyədək olan məzarlara heç kim toxuna bilməz. Heç belə bir düşüncə də yoxdur. Xüsusi qeyd edirəm ki, bu, geriyə oxunuşu olmayan qanun olacaq və heç kim düşünməsin ki, kimsə onun əzizinin məzarına toxuna bilər”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

