“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on altıncı cildi çapdan çıxıb
10.09.2014 [09:56]
“İlham Əliyev. İnkişaf -məqsədimizdir” çoxcildliyinin on altıncı cildi çapdan çıxıb.
AzərTAc xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarının II qurultayında nitqi ilə başlayır.
Prezident İlham Əliyev qurultaydakı nitqində deyib: “Dünya azərbaycanlılarının qurultayı çox böyük tarixi hadisədir. Bu gün burada gözəl film nümayiş etdirildi. Biz o gözəl anları yenidən yada saldıq. Məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə beş il bundan əvvəl Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultayın Azərbaycanın müasir tarixində müstəsna rolu olmuşdur. Aparılmış müzakirələr, fikir mübadiləsi, qurultayın qərarları bütün dünyada yaşayan azərbaycanlıları bir-biri ilə daha sıx birləşdirdi. Məhz o qurultaydan sonra Heydər Əliyevin qərarı ilə Azərbaycanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitə Azərbaycan diasporlarının təşkilatlanmasında çox uğurlu fəaliyyət göstərir. 2012-ci ildə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edilmişdir və bu da öz növbəsində, bu işin hüquqi bazasını təşkil etdi. Bütün bu tədbirlər, bütün bu addımlar öz bəhrəsini verməkdədir. Dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Əlbəttə ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin oxuculara təqdim olunan on altıncı cildində Prezident İlham Əliyevin Azərbaycanda sənaye və kənd təsərrüfatı sektorlarının hərtərəfli inkişafı istiqamətində geniş iqtisadi islahatların aparılmasına, sərmayələrin cəlb edilməsinə, regionların sosial-iqtisadi inkişafına, eyni zamanda, iqtisadi-siyasi həyatın digər məsələlərinə dair çıxışları, nitqləri, sərəncamları, fərmanları və s. toplanıb.
Kitabda dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezərin Azərbaycana səfəri zamanı qardaş ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsindən bəhs edən bəyanat və müsahibələri, həmçinin bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərinə, apardığı danışıqlara aid materiallar dərc edilib.
Çoxcildliyin bu cildində, həmçinin Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı amerikalı həmkarı Corc Buş ilə, siyasi və dövlət xadimləri, digər yüksək vəzifəli şəxslərlə keçirdiyi görüşlərdən, apardığı danışıqlardan bəhs edən materiallar, Amerika-Azərbaycan Ticarət Palatasının “ABŞ-Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər” mövzusunda təşkil etdiyi 6-cı biznes və sərmayə konfransında Azərbaycanın milli mənafeyini əks etdirən geniş və dərin məzmunlu nitqi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll olunması ilə bağlı mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri, digər materiallar öz əksini tapıb.
On altıncı cild Prezident İlham Əliyevin 2006-cı il mayın 4-də Prezident sarayında ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə baş müşaviri Frenk Mermudu qəbul etməsinə dair material ilə yekunlaşır.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin martından mayınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

