/ / Millət vəkili Sahibə Qafarova AŞPA komitəsinin iclasında Azərbaycanda gender siyasəti haqqında məlumat verib
Millət vəkili Sahibə Qafarova AŞPA komitəsinin iclasında Azərbaycanda gender siyasəti haqqında məlumat verib
09.09.2014 [09:32]
Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib. İclasda Milli Məclisin deputatı, AŞPA alt komitəsinin sədri Sahibə Qafarova çıxış edib. O, Azərbaycanda gender siyasəti, qadınların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Azərbaycanın 1918-ci ildə Şərqdə qadınlara ilk seçib-seçilmək hüquqlarının verildiyi ölkə olduğunu xatırladan millət vəkili vurğulayıb ki, ölkəmizdə məqsədyönlü gender siyasəti aparılır və bu mühüm sahə dövlətin diqqət mərkəzindədir. O, bununla əlaqədar xüsusi Dövlət Proqramının qəbul olunduğunu, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. Millət vəkili deyib ki, hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl hüquqi baza mövcuddur: “Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Azərbaycan bu gün gender bərabərliyi üzrə bir sıra beynəlxalq sənədlərə qoşulub, beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir”.
Daha sonra iclasda “Bərabərlik və böhran” mövzusunda məruzə dinlənilib, Avro-Aralıq Dənizi bölgəsində qadın hüquqlarının vəziyyəti və perspektivlər, İstanbul Konvensiyasının qüvvəyə minməsi, qadınlara qarşı zorakılıqla mübarizədə müsbət təcrübələrin təşviqi və digər mövzularda müzakirələr aparılıb, Fransa Senatının Qadın hüquqları, kişi və qadın bərabərliyi komitəsinin sədri Brigitta Gontier Maourin ölkəsində həyata keçirilən gender siyasəti haqqında danışıb.
İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

