Yas mərasimlərində israfçılığa yol verilməməlidir
05.09.2014 [09:48]
Mübariz Qurbanlı: Mərasimlər dini kitabımızda və adət-ənənələrimizdə təsbit olunmuş qaydalara uyğun şəkildə keçirilməlidir
Azərbaycandakı yas mərasimlərində israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı artıq Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətləri tərəfindən addımlar atılır.
Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a bildiriblər ki, insanlar yas mərasimlərinin təşkili ilə bağlı seçimlərində azaddırlar: “Qafqaz Müsəlmanları İdarəsinin bölgələrdəki din xadimləri yalnız tövsiyə işi aparır. Din xadimlərimiz yas mərasimlərinə dəvət aldığı halda gedir. Bizim işimiz Allah kəlamını insanlara çatdırmaqdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə insanlara müraciət edərək, yas mərasimlərində israfçılığa yol verməməyə çağırıb. Və bununla da bağlı yetərli fətvalar, bəyanatlar verilib. İllərdir oturuşmuş qaydalar var. İnsanlar bahalı ehsan süfrəsi açmayanda özlərini vəfat etmiş insanın qarşısında günahkar hesab edirlər. Bizim tərəfimizdən mərhumun kəfənlənməsi, dəfni, cənazə namazının qılınmasına daha çox diqqət ayrılması xahiş olunur. Biz insanları nəyəsə məcbur edə bilmərik. İstəyən verilən tövsiyələrə əməl edəcək, istəməyən etməyəcək. Burda məcburiyyət yoxdur”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lent.az-a açıqlamasında yas mərasimlərində israfçılıq hallarının qarşısını almaq üçün hansısa qanuna ehtiyac olmadığını söyləyib: “Yas mərasimləri ilə bağlı bizim müəyyən etdiyimiz xətt ondan ibarətdir ki, bu mərasimlərdə həddindən çox israfçılığa yol verilməsin. Mərasimlər dini kitabımızda və adət-ənənələrimizdə təsbit olunmuş qaydalara uyğun şəkildə keçirilməlidir. Bildiyiniz kimi, yas mərasimləri indiki şəraitdə hədsiz israfçılıqla müşahidə olunur. Bu isə yolverilməzdir. Qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə öz mövqeyini hələ 2009-cu ildə bildirib, hədsiz israfçılığın əleyhinə fətva verib. Yas mərasimlərimiz yalnız və yalnız müəyyən olunmuş qaydalar əsasında təşkil olunmalıdır. Bunun üçün hansısa qanun qəbul etməyə ehtiyac yoxdur. Bu məsələ rayonlarımızda, kəndlərimizdə, qəsəbələrimizdə din xadimləri, ağsaqqallar, ziyalılar tərəfindən izahat, təşviqat, təbliğat yolu ilə həll olunmalıdır. Vəfat edən insanın ruhuna hörmət əlaməti olaraq “Qurani-Kərim”dən irəli gələn bəzi vəzifələr icra olunmalıdır. Məhəmməd peyğəmbər əleyhissalamın özünün sağlığında müəyyən etdiyi və söylədiyi fikirlər var. Bu fikirlər bütün müsəlman aləminə bəllidir. Bu fikirlərə görə, yas mərasimləri 3 gündən artıq olmamalıdır. Amma zaman-zaman adət-ənənələrdə müəyyən dəyişikliklər baş verib. Onlara nələrsə əlavə olunub. Adət-ənənələr də ehkam deyil. Adət-ənənələr də zamanın tələbinə uyğun olaraq dəyişikliyə məruz qalır. Yas mərasimləri milli, dini adət-ənənənin yaratdığı bir mərasimdir. Milli-dini adət-ənənədən irəli gələn məsələdir. Burada insanlar yalnız və yalnız milli, dini adət-ənənələrimizdəki məsələlərə əməl etməlidir. Bu qanunla tənzimlənmir, bu adət-ənənələr çərçivəsində, tövsiyələr, təşviqat və izahat vasitəsilə öz həllini tapır. Hesab edirəm ki, yas mərasimlərində israfçılıq və digər məsələləri insanlara zamanında izah edə-edə təkamül yolu ilə həll edə biləcəyik”.
Mübariz Qurbanlı rayonlarda icra başçılarının dəbdəbəli mərasimlərə qadağalar qoyulması xəbərinin bu cür təqdim edilməsinin də əleyhinə olduğunu qeyd edib: “Məsələn, mən özüm bəzi rayonlarda olmuşam. Din xadimləri ilə, yerli ziyalılarla görüşmüşəm. Və bu görüşlərin nəticəsində həmin rayonlarda insanlar, vətəndaşlar özləri bu tövsiyələri məqbul hesab edirlər. Qeyd edim ki, dini idarələr, məscidlər bizimlə həmrəylik nümayiş etdirir. Onlar da israfçılığın əleyhinədir. Onlar da bu məsələdə bizimlə birgə dayanıb, burda heç bir fikir ayrılığı yoxdur. Rayonlarda tövsiyələr verilib və bu tövsiyələri də mətbuat qadağa kimi qələmə verir. İcra hakimiyyətləri insanlarla görüşlər keçirərək izahat işi aparır. Mən özüm izahatla bağlı tədbirlərə qatılmışam və orda din xadimləri, ziyalılar və vətəndaşlar iştirak edib. Əksəriyyətin fikri ondan ibarətdir ki, biz yas mərasimlərində israfçılığa yol verməməliyik. Bizə yüzlərlə məktublar daxil olub, bizi dəstəkləyirlər. Rayon İcra Hakimiyyəti başçıları və xüsusilə orda dini komissiyaların rəhbərləri, həmçinin bizim yerli şöbələrimiz, yerli rəhbərlikdə olan şəxslər izahatla, tövsiyə ilə bunu həll edirlər. Və burda hansısa bir hökmdən söhbət gedə bilməz. İstənilən rayonda keçirilmiş müşavirəyə baxsanız görərsiniz ki, heç bir icra başçısı qadağa tətbiq etmir. Sadəcə, ağsaqqalları yığıb söhbət edirlər və fikir mübadiləsi aparırlar. Məsələn Binəqədidə, Şəmkirdə, Xaçmazda, Qaradağda və Sabunçuda tədbirlərdə iştirak etmişəm. Gəncədə İcra Hakimiyyətində tədbir keçirilib, bizim komitənin nümayəndəsi orda iştirak edib. Gəncənin icra başçısı hökm verməyib. Sadəcə insanları yığıb fikir mübadiləsi aparılıb. Amma bəzən mətbuat bunu qadağa kimi təqdim edir. Biz Sumqayıtın İcra Hakimiyyətinin rəhbərləriyilə birlikdə dini icma nümayəndələri, ağsaqqallar, ziyalılarla görüşüb söhbət aparmışdıq. Hamı da deyir ki, bunun uzadılması, müxtəlif növ yeməklər verilməsi, süfrələr açılması və sair bunlar bütövlükdə ehsan anlayışıyla üst-üstə düşmür. İnsan ehsan adı altında körpü sala bilər, bulaq tikə bilər, təhsil ocağına yardım göstərə bilər. Yəni, ehsan anlayışını yalnız süfrələrə düzülmüş nemətlərlə eyniləşdirmək doğru deyil. Biz ehsan anlayışını süfrəyə bağlamağın tərəfdarı deyilik. Dinimiz də belə deyir, Qafqaz Müsəlmanları İdarəsi dediyim kimi bunu vaxtilə deyib. Bəzi mətbuat orqanları isə burda ziddiyyət axtarmaq istəyir. Heç bir ziddiyyət yoxdur. Yerlərdə olan axundlar fikirlərini bildirirlər. Bunu qanunla, qərarla, hökmlə həll etmək niyyətində deyil heç kim, bunu ancaq təkamül yolu ilə etmək lazımdır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

