/ / Kamal Abdullayev: Azərbaycan sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir
Kamal Abdullayev: Azərbaycan sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir
19.08.2014 [09:46]
Avqustun 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin muxtar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının tarixinin böyük mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında, tolerantlığın inkişafında müstəsna xidmətlər göstərib. Bu gün Ümummilli liderin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu məsələlər barədə öz fikirlərini bildirən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib ki, tarixinin silinməz və möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası hər zaman müxtəlif xalqlara, millətlərə və dinlərə mənsub insanların birgə yaşadığı ölkə olub. Bu gün də respublikamız mədəniyyətlərin qovuşduğu müqəddəs məkan kimi bütün dünyada şöhrət qazanmaqdadır. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyət bu gün “Sivilizasiyalararası dialoqun Azərbaycan modeli” üzərində ciddi diskussiyalar aparır, bu məsələdə xalqımızın adət-ənənələrindən irəli gələn yüksək dəyərlərin öyrənilməsi və onun tətbiq olunması məsələsinin elmi şəkildə araşdırılmasının əhəmiyyətini vurğulayır. Təsadüfi deyil ki, bu gün Azərbaycan sivilizasiyalararası qarşıdurmanın təzahürləri kimi meydana çıxan qlobal problemlərin həlli yollarında qarşılıqlı əməkdaşlıq çağırışları edən elm, din, siyasət xadimlərinin görüş ünvanına çevrilib.
Dövlət müşaviri qeyd edib ki, müasir dövrümüzdə sivilizasiyalararası dialoq, multikulturalizm dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Azərbaycan dünyanın intellektual səviyyəli şəxsiyyətləri tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Dövlətimizin başçısı İlham Əliyev də dəfələrlə bəyan edib ki, multikulturalizm ölkəmizin siyasi, strateji xəttidir və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Bu mənada multikulturalizmin Azərbaycan modeli bütün dünyanın diqqətini cəlb edir.
Bildirilib ki, bu gün Azərbaycanda 2 minədək məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir, Bakıda zərdüştilik dininin gözəl abidəsi olan “Atəşgah məbədi” qorunub saxlanılır, qədim alban kilsələri dövlətimiz tərəfindən bərpa edilir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı özünün tolerantlığı, dözümlülüyü ilə, Azərbaycan Respublikası isə həyata keçirdiyi humanist siyasəti, müxtəlif millətlərə və dinlərə mənsub insanlara diqqət və qayğısı, tarixi abidələrə hörmət və ehtiramı ilə dünyaya nümunədir.
“Azərbaycan sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir”, -deyən Kamal Abdullayev əlavə edib ki, bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə paytaxtımız Bakı şəhərində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bu gününü və gələcəyini maraqlandıran önəmli nəticələr əldə olunur. Biz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyirik. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin məqsədi də budur.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirə yekun vurub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müavini Mirhəşim Seyidov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51

