/ / Azay Quliyev: Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksək peşəkarlıqla yerinə yetirir
Azay Quliyev: Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksək peşəkarlıqla yerinə yetirir
05.08.2014 [09:41]
“İşğalçı Ermənistanın təmas xəttində atəşkəsi pozaraq ordumuzun mövqelərinə etdiyi hücumun və törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksək peşəkarlıqla yerinə yetirir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Azay Quliyev Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacibliyinə münasibət bildirərkən deyib.
A.Quliyev bildirib ki, ən vacib və təxirəsalınmaz addımlardan biri beynəlxalq aləmdə Ermənistanın aqressiv mahiyyətini ifşa etmək və region üçün bu dövlətin ən böyük təhlükə olduğunu göstərməkdən ibarət olmalıdır: “Ancaq hamımız bilirik ki, müharibə təkcə cəbhə xəttində deyil, eyni zamanda informasiya və diplomatiya sahəsində də aparılır. Buna görə də bu gün bizlər - millət vəkilləri, diplomatlar, siyasi partiyalar, QHT-lər, KİV-lər və bütövlükdə hər birimiz belə bir həssas məqamda məsuliyyətimizi, üzərimizə düşən vəzifəni düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıyıq. Beynəlxalq qurumlardan aqressorun və işğalçının cəzalandırılmasını tələb etməliyik. Xüsusilə, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı verdiyi son bəyanatına bütün vətəndaş cəmiyyəti institutlarının qoşulmasına və onu dəstəkləməsinə ciddi ehtiyac var”.
Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən bəzilərinin verdiyi ənənəvi “narahatlıq” bəyanatı qətiyyən qəbul edilə bilməz: “Minsk qrupu nəhayət Ermənistanın son addımlarının nə qədər təhlükəli olduğunu anlamalı və heç olmasa, bir dəfə də olsun obyektivlik nümayiş etdirərək Ermənistanın atəşkəsi pozmasını və çoxlu sayda insan itkisinə səbəb olan təxribatlarını ciddi şəkildə pisləməlidir. Belə bir ədalətlı mövqeyi biz eyni zamanda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joa Suareşdən də gözləyirik”.
A.Quliyev hesab edir ki, bu baxımdan informasiya və diplomatiya sahəsində əldə etdiyimiz üstünlüyü qoruyub saxlamaq və daha da gücləndirmək üçün bütün QHT-lər, siyasi partiyalar, mətbuat nümayəndələri, dövlət qurumları və bütövlükdə ictimaiyyət vahid mövqedən çıxış etməlidir: “Mən, bu günlərdə qeyri-hökumət təşkilatlarını daha fəal olmağa, Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı məlumatları operativ şəkildə beynəlxalq təşkilatlara təqdim etməyə çağırıram”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25

