Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
19.07.2014 [11:13]
İyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə təhsilin inkişafını, ixtisaslı kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qalxıb. Bu gün Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası uğurla həyata keçirilir.
Ulu öndərin “Təhsil millətin gələcəyidir” fikrini xatırladan Ali Məclisin sədri deyib ki, hər bir müstəqil dövlətin gələcəyi təhsilin inkişafından asılıdır. Təhsilin əsas məqsədi gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətməkdir. Çünki düzgün qərarlar qəbul etməklə insanlar şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilirlər. Bütün bunlar da təhsil sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını və qarşıda duran vəzifələrin ardıcıl şəkildə icra olunmasını tələb edir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli və Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev müşavirədə çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq deyib: “Muxtar respublikada təhsilin inkişafına daim üstün istiqamət verilir. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunur. Buna baxmayaraq, işdə bir sıra nöqsanlara da yol verilir. Aparılmış yoxlamalar göstərir ki, təhsil müəssisələri yaradılmış şəraitdən lazımi səviyyədə istifadə edə bilmirlər. Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tədris prosesinin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər”.
Ali Məclisin sədri muxtar respublikanın ali məktəblərində təhsilin kredit sistemi ilə təşkilinin əsasən başa çatdığını bildirərək tapşırıb ki, Təhsil və Səhiyyə nazirlikləri növbəti dərs ilindən orta ixtisas təhsili müəssisələrində təhsilin kredit sistemi ilə təşkilinə keçidi təmin etməli, yeni təlim üsullarının mənimsənilməsi üçün seminarlar keçirilməli, müəllimlər ixtisasartırma kurslarına cəlb olunmalıdırlar.
Ali Məclisin sədri daha sonra deyib: “Ali təhsil müəssisələri bakalavr hazırlığı ilə yanaşı, eyni zamanda, elmi dərəcəli kadrların hazırlanmasına da diqqəti artırmalıdır. Muxtar respublikanın elm və təhsil müəssisələrinin elmi kadrlara olan tələbatını ödəmək üçün müvafiq ixtisaslar üzrə magistr hazırlığına daha məsuliyyətlə yanaşmaq lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti elmi dərəcəli kadrların hazırlanmasına diqqəti artırmalı, gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi səviyyəsini yüksəltməlidirlər. Dissertasiya şuralarında müdafiə olunan elmi işlərin keyfiyyəti artırılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmin istehsalata tətbiqinə nail olmalı, muxtar respublikada elmin iqtisadi səmərə verməsi və gəlir gətirən sahəyə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görməlidir. Ali, orta ixtisas və ümumtəhsil məktəbləri arasında, eləcə də təhsil müəssisələri ilə müvafiq dövlət strukturları arasında səmərəli əlaqə yaradılmalıdır. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri müştərək elmi tədbirlərin keçirilməsinə nail olmalı, müasir texnologiyalardan istifadə etməklə birgə dərslər təşkil etməlidirlər. Tədris və istehsalat təcrübələrinin keçirilməsində muxtar respublikanın müvafiq müəssisələrinin bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır. Təhsil müəssisələrində xarici dillərin tədrisi səviyyəsinə nəzarət gücləndirilməli, istedadlı şagirdlərin və tələbələrin üzə çıxarılması məqsədilə zəruri tədbirlər görülməli və onlar üçün lazımi şəraitin yaradılmasına diqqət artırılmalıdır”.
Müşavirədə digər orqanlara da konkret tapşırıqlar verilib və qeyd olunub ki, İqtisadiyyat və Sənaye Nazirliyi təhsil müəssisələrinin geyim formalarına olan tələbatını müəyyənləşdirməli, qəbul edilmiş formada şagird, tələbə və müəllimlər üçün keyfiyyətli parçadan geyim dəstlərinin hazırlanmasını, yarmarkalarda və kəndlərdəki xidmət mərkəzlərində münasib qiymətə satışını təşkil etməlidir.
Ali Məclisin sədri qeyd olunan tapşırıqların icra üçün nəzarətə götürülməsinin, daxili nizam-intizamın diqqət mərkəzində saxlanılmasının, dərsə davamiyyət və təhsilin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini bildirib, qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

