Gürcüstan parlamentinin sədri Milli Məclisdə olub
08.07.2014 [10:32]
Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Azərbaycan Respublikasının Milli Məclisində olub.
AzərTAc xəbər verir ki, Gürcüstan parlamentinin sədri Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev xatirə zalı ilə tanış olub. Xatirə zalında Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar David Usupaşvilidə dərin təəssürat yaradıb. Qonaq xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri David Usupaşvili arasında təkbətək görüş keçirilib.
Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Oqtay Əsədov bildirib ki, bu cür səfərlər ölkələrimiz, eləcə də parlamentlərimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixi köklərə malik olduğunu xatırladan Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkənin xalqları arasında da dostluq və qardaşlıq münasibətləri var. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəviyə qalxıb. Sevindirici haldır ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəm hüquqi bazaya malik olduğunu deyən Oqtay Əsədov vurğulayıb ki, bu günə qədər iki ölkə arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 660 milyon dollardan yuxarı olub.
Azərbaycanın və Gürcüstanın iştirakı ilə regionda reallaşdırılan irimiqyaslı layihələrə toxunan Oqtay Əsədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilin sonuna qədər yekunlaşacağını qeyd edib.
Milli Məclisin sədri hər iki ölkənin parlamentləri arasında da yüksək səviyyəli münasibətlərin olduğunu bildirib, əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin önəmini qeyd edib. O.Əsədov hər iki ölkənin parlament nümayəndələrinin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələrinin əhəmiyyətli olduğunu vurğulayıb.
Oqtay Əsədov Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə üçtərəfli formatda keçirilən görüşlərin önəmli olduğunu bildirib, bu cür görüşlərin parlamentlərin komitələri arasında da keçirilməsini yüksək qiymətləndirib.
Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirən Gürcüstan parlamentinin sədri David Usupaşvili bu görüşün iki ölkə arasındakı münasibətlərin müzakirəsi baxımından önəm kəsb etdiyini bildirib. D.Usupaşvili deyib: “Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür”.
D.Usupaşvili iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib.
Gürcüstan parlamentinin sədri, həmçinin ölkələrimizin birgə həyata keçirdikləri layihələrin əhəmiyyətini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19

