Bakıda Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının plenar iclası keçirilir
04.07.2014 [09:54]
Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu mötəbər təşkilatla və onun struktur qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurulub, birgə fəaliyyət çərçivəsində mütərəqqi islahatlar həyata keçirilərək mühüm nailiyyətlər əldə olunub. Avropa Şurasının 65 illiyinin qeyd olunduğu bir vaxtda cari ilin mayında bu qurumun Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçib.
Ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ilə faydalı əməkdaşlığı nəzərə alınaraq sədrlik çərçivəsində 50-dən çox ölkədə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə kömək edən və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in plenar iclasının Strasburqdan kənarda - Bakıda keçirilməsi qərara alınıb.
Tədbirdə iştirak etmək üçün CEPEJ-in rəhbər şəxsləri, o cümlədən qurumun prezidenti Con Steysi və Komissiya üzvləri Azərbaycana səfərə gəliblər.
Səfər zamanı qonaqlar Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
AzərTAc xəbər verir ki, iyulun 3-də “JW Abşeron Marriott” otelində CEPEJ-in plenar iclasının təntənəli açılışı olub.
Açılış mərasimində Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya, CEPEJ-in prezidenti Con Steysi, Ədliyyə Nazirliyinin məsul şəxsləri, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri, hakim assosiasiyalarının nümayəndələri və hakimlər iştirak ediblər.
Mərasimdə çıxış edən nazir F.Məmmədov ölkəmizin Avropa Şurası, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə faydalı əməkdaşlığını vurğulayaraq dünyada getdikcə nüfuzu artan CEPEJ-in plenar iclasının Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib.
Ölkəmizdə hakimlərin ən şəffaf seçim qaydasının təsbit olunduğunu bildirən nazir Azərbaycanın bu sahədə müsbət təcrübəsinin CEPEJ tərəfindən Avropada örnək kimi dəyərləndirildiyini vurğulayıb, dünyada məhkəmə hakimiyyətinin müstəqilliyinin təşviqini və yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini qeyd edib.
Ali Məhkəmənin sədri R.Rzayev Azərbaycanın Avropa Şurası, o cümlədən CEPEJ ilə məhkəmə-hüquq sahəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması faktı qonaqların diqqətinə çatdırılıb.
Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri F.Buaya çıxış edərək CEPEJ-in plenar iclasının Bakıda yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, vətəndaşların məhkəmələrə çatımlığının asanlaşdırılmasından və ictimai etimadın yüksəldilməsindən, məhkəmə fəaliyyətinin açıqlığından danışıb, hüquqi dövlətlərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
CEPEJ-in prezidenti C.Steysi ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu sahəsində mütərəqqi addımların atıldığını qeyd edərək Azərbaycanın qısa müddətdə hərtərəfli dinamik inkişafa nail olmasını yüksək qiymətləndirib və ölkəmizin bu uğurlarını dünyada paylaşmasının əhəmiyyətini vurğulayıb.
Sonra CEPEJ-in plenar iclası gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam edib. İyulun 4-də işini davam etdirəcək iclasda bir sıra mühüm məsələlərə baxılacaq, o cümlədən məhkəmə sistemlərinin müqayisəli təhlilini əks etdirən və qurumun islahatlar üçün “yol xəritəsi” sayılan növbəti hesabatı müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

