Nazir Şahin Mustafayev: Azərbaycan Rusiyanın bir çox federal subyekti ilə fəal əməkdaşlıq edir
24.06.2014 [09:54]
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənir, Azərbaycan ilə Rusiya arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb. Ticarət, qarşılıqlı investisiya qoyuluşu və humanitar sahələrdə iki ölkə arasında əlaqələrin uğurlarından danışan nazir Azərbaycanın Rusiyanın bir çox federal subyekti ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini qeyd edən Şahin Mustafayev Qəbələ forumunun əməkdaşlığın inkişafına daha sanballı töhfə verəcəyini diqqətə çatdırıb.
Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev qonaqpərvərliyə görə təşəkkür edib, V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Federasiyasının geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu bildirib. Forumda Rusiyanın 25 federal subyektinin və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyini bildirən İ.Slyunyayev tədbirin regional əlaqələrin inkişafına, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığının genişlənməsinə yeni perspektivlər açacağına əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Rusiya regionları arasında əməkdaşlıq imkanları, bir sıra ikitərəfli sənədlərin imzalanması, kənd təsərrüfatı, sənaye və s. sahələrdə əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31

