Azərbaycan-Rusiya əlaqələri yeni üfüqlər fəth edir
10.06.2014 [09:07]
Qriqori Karasin: İki ölkə münasibətlərindəki müsbət inkişaf qarşılıqlı hörmət və dostluq prinsipi əsasında qurulan möhkəm strateji əməkdaşlığın gücünü göstərir
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və dövlət başçısı İlham Əliyevin ardıcıllıqla davam etdirdiyi məqsədyönlü balanslaşdırılmış xarici siyasət kursu sayəsində müstəqil Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, cəmi 23 illik müstəqillik tarixinə malik Azərbaycan dünyanın ən nüfuzlu qurumu sayılan BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunub. Artıq respublikamız özünü beynəlxalq birliyin suveren aktoru kimi təsdiqləməklə yanaşı, həm də bu birliyə layiqli töhfələr verən etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə və sülhyaratma missiyalarında fəal iştirak etməsi buna misaldır. Eyni zamanda paytaxt Bakı müxtəlif beynəlxalq tədbirlərin-humanitar forumların, qlobal məsələlərin müzakirə edildiyi konfransların keçirildiyi mərkəzə çevrilib. Ölkəmizin beynəlxalq təşkilatlarla və dünya dövlətləri ilə əlaqələri ildən-ilə genişlənir və daha da möhkəmlənir.
Milli, regional və qlobal maraqların məharətlə uzlaşdırılması Azərbaycanın effektiv xarici siyasət strategiyasının qısa müddətdə böyük uğurlar qazanmasını şərtləndirən əsas amildir. Xarici siyasət kursunda beynəlxalq norma və prinsiplərdən çıxış edən respublikamız başqa dövlətlərin seçimlərinə hörmətlə yanaşmaq və onların daxili işlərinə qarışmamaq xətti yürüdür. Azərbaycanın seçdiyi bu yol beynəlxalq arenada hörmətlə qarşılanır və təqdir olunur. Öz növbəsində ayrı-ayrı dövlətlərin rəsmiləri, beynəlxalq miqyasda tanınan siyasətçilər və diplomatlar ölkəmizin xarici siyasət kursunun üstünlüklərini etiraf edirlər.
Bu sırada Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin fikirləri xüsusi maraq doğurur. “Rusiya Bakının xarici siyasət kursuna böyük hörmətlə yanaşır. Bu kursun əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir Azərbaycanın xarici siyasətini səciyyələndirən amillər - müstəqillik, tarazlıq və milli maraqların dəqiq formalaşdırılması və ardıcıl qorunmasıdır.
Bütün bunlar ona zəmanət verir ki, Azərbaycan özgə geosiyasi layihənin girovuna çevrilməyəcək”. Qonşu dövlətin yüksək səviyyəli rəsmisi mətbuata açıqlamasında, həmçinin, Azərbaycanın xarici siyasət strategiyasının perspektivləri barədə də nikbin danışıb: “Şübhə etmirik ki, Azərbaycanın beynəlxaq aləmdə olan avtoriteti bundan sonra da möhkəmlənəcək. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi də bunun təsdiqidir. Rusiya Azərbaycana bu layihədə uğurlar arzulayır”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, müstəqil Azərbaycanın məqsədyönlü xarici siyasət kursunda ciddi önəm verdiyi dövlətlərdən biri də qonşu Rusiyadır. Bu ölkə ilə Azərbaycanı bir sıra tellər, o cümlədən tarixi əlaqələr, geniş quru və su sərhədləri və əlbəttəki, iqtisadi maraqlar bağlayır.
Qeyd edək ki, iki ölkə arasında əmtəə dövriyyəsi dünya ölkələrindəki iqtisadi çətinliklərə baxmayaraq, 2013-cü ilin yekunlarına görə 50 faizədək artaraq 2,6 milyard dollara çatıb. Perspektivdə əmtəə dövriyyəsinin 4 milyard dollara çatdırılması gözlənilir. Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx, işgüzar əlaqələr saxlayır. Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini, o cümlədən yanacaq-energetika, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə və digər sahələri əhatə edir. Son vaxtlarda isə iki ölkənin birgə investisiya fondunun yaradılması məsələsi gündəmə gəlib.
Rusiya xarici işlər nazirinin müavini Q.Karasin mətbuata açıqlamasında eyni zamanda iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin getdikcə dərinləşməsindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərindəki müsbət inkişaf qarşılıqlı hörmət və dostluq prinsipi əsasında qurulan möhkəm strateji əməkdaşlığın gücünü göstərir. Nazir müavini münasibətlərin gələcəyi barədə də nikbinliklə söhbət açıb: “Azərbaycan və Rusiya gələcəkdə də həm ikitərəfli əsaslarla, həm də beynəlxalq və regional forumlar çərçivəsində sıx əməkdaşlıq edəcək. Bizim ümumi məqsədimiz hər iki xalqın rifahını, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyi və sabitliyi təmin etməkdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36

