/ / Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi Sankt-Peterburqda təntənəli şəkildə qeyd edilib
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi Sankt-Peterburqda təntənəli şəkildə qeyd edilib
06.05.2014 [09:05]
Mayın 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin Dmitri Şostakoviç adına Akademik Filarmoniyasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Rəsmi hissədən əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan nümayəndə heyətinin təmsilçiləri Sankt-Peterburq Şəhər Administrasiyasının xarici əlaqələr komitəsi sədrinin müavini Sergey Markov ilə görüşüblər. Görüşdə əməkdaşlığın perspektivləri, Sankt-Peterburq şəhərinin qubernatorunun Azərbaycana səfərinə hazırlıq işləri və Sankt-Peterburq nümayəndə heyətinin Azərbaycan-Rusiya regional forumunda iştirakı ilə əlaqədar məsələlər müzakirə olunub.
Filarmoniyanın foyesində Ümummilli liderin həyat və fəaliyyətini, Heydər Əliyev Fondunun gördüyü işləri işıqlandıran fotosərgi nümayiş etdirilib.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Rusiya nümayəndəliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə təşkil olunmuş tədbirdə Sankt-Peterburq Şəhər Administrasiyasının xarici əlaqələr komitəsi sədrinin müavini Sergey Markov, komitənin MDB ölkələri və Rusiya Federasiyasının regionları üzrə idarəsinin aparıcı mütəxəssisi Aleksandr Anpiloqov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, deputatlar Aydın Mirzəzadə və Jalə Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi sədrinin birinci müavini Rasim Məmmədov, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburqun tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Səfir Polad Bülbüloğlu tədbiri açaraq Sankt-Peterburq şəhərinin rəhbərliyinə təşəkkürünü bildirib, Heydər Əliyev haqqında xatirələrini bölüşüb, Ümummilli liderin parlaq həyatı və çoxşaxəli fəaliyyəti barədə danışıb. Səfir müasir Azərbaycanın və Azərbaycan dövlətçiliyinin qurulmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd edib. Məhz xalqın təkidli xahişi ilə 1993-cü ildə Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyevin, ölkəmizi xaosdan, parçalanmadan və vətəndaş müharibəsindən xilas edib. Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz müstəqil daxili və xarici siyasətini həyata keçirən qüdrətli dövlətə çevrilib. Heydər Əliyevin siyasi irsindən danışan səfir xüsusilə vurğulayıb ki, bu irs təkcə Azərbaycan üçün deyil, həm də Rusiya üçün dəyərlidir. Səfir qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Ümummilli lider Heydər Əliyev Rusiya Federasiyası ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Bu gün iki dövlət arasındakı münasibətlərə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində əlaqələr bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri qurulub.
Polad Bülbüloğlu, həmçinin, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun dünyada, o cümlədən Rusiyada həyata keçirdiyi böyük və çoxşaxəli işlər barədə danışıb. Diplomat vurğulayıb ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Tədbirdə çıxış edən Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Daha sonra çıxış edən general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini qeyd edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Vətənimizin müstəqilliyinin möhkəmləndirilməsi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Heydər Əliyevin rəhbərliyi altında işlədiyi dövrləri xatırlayıb, Azərbaycan tarixinin ağır dövrlərində Heydər Əliyevlə Naxçıvanda keçirdiyi illərə nəzər salıb. Milli Məclisin deputatı Jalə Əliyeva Rusiyanın şimal paytaxtında, dünyanın mədəniyyət mərkəzlərindən birində, Neva çayı sahillərində Heydər Əliyevin təhsil aldığı və bir neçə il yaşadığı şəhərdə Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyəti və tarixi barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində gördüyü müstəsna əhəmiyyətli işləri qeyd edib.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədrinin birinci müavini Rasim Məmmədov çıxış edərək təntənəli gecənin bütün təşkilatçılarına təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Sankt-Peterburq Universitetinin kamera orkestri çıxış edib. Konsert proqramında Azərbaycanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Aygün Zeynalova, respublika müsabiqələrinin laureatı, gənc tarzən Atabəy İsmayılov və pianoçu Nərgiz Əliyevanın ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rauf Hacıyevın əsərləri səsləndirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41

