Azərbaycanla Türkiyənin münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
30.04.2014 [09:03]
Bu amil dövlətlərimizin beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir
Məlum olduğu kimi, bir neçə gün öncə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq Tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Sammit keçirilib. Sammitdə Ermənistan prezidenti Serj Sarkisyan öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə “həsr edib”. Türkiyənin tədbirdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bütün Avropanın diqqət mərkəzində olan bu mühüm tədbirdə Ermənistan prezidentinə layiqli cavab verərək, onu yerində oturdub.
Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Nizami Cəfərov bildirib ki, Prezident İlham Əliyevin Ermənistan prezidentinə cavabı Türkiyə ilə birliyimizin bariz göstəricisidir. Onun sözlərinə görə, bütövlükdə, son illər hər iki dövlət arasında münasibətlərin dərinləşməsi istiqamətində önəmli addımlar atılır: “Bu fakt Azərbaycan ilə Türkiyənin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bir daha təsdiqlədi. Xüsusilə, Dağlıq Qarabağ problemi ilə bağlı hər iki dövlət və xalq eyni mövqe nümayiş etdirir. Şübhə yoxdur ki, dövlətlərimiz gələcəkdə də bütün məsələlərdə həmrəylik və birlik nümayiş etdirəcək”.
N.Cəfərov deyib ki, Ermənistanın uydurma “erməni soyqırımının” təbliğatına qarşı da Azərbaycanla Türkiyə birgə mübarizə aparır və dünya miqyasında bu yalanın ifşası yönündə sistemli tədbirlər həyata keçirir. “Dağlıq Qarabağ məsələsində Türkiyənin də mövqeyi birmənalıdır. Bu strateji xəttin əsas məqamlarından biri odur ki, Dağlıq Qarabağ problemi həll olunana, Ermənistan Türkiyədən ərazi iddiası, “soyqırım” iddiasından əl çəkənə qədər sərhədlər açılmayacaq. Bilirsiniz ki, son illər Azərbaycanla Türkiyə qlobal mənada birgə layihələr həyata keçirirlər. Xüsusilə, enerji layihələri diqqəti cəlb edir. TANAP və TAP layihələri də buna sübutdur. Təbii ki, bütün bunlar dövlətlərimizin beynəlxalq müstəvidə nüfuzunu artırır, mövqelərini gücləndirir. Bu kimi məqamlar isə işğalçı Ermənistanı və onun havadarlarını ciddi narahat edir. Sarkisyanın məlum çıxışı da bu narahatlıqdan irəli gəlir. Amma bu cür cılızlıq iki qardaş dövlətin birliyinə xələl gətirə bilməz. Bu mənada Azərbaycan Prezidentinin çıxışı Türkiyəyə böyük dəstək olmaqla yanaşı, Ermənistanın timsalında bizi istəməyən qüvvələrə tutarlı cavab oldu” - deyə, komitə sədri vurğulayıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada “Şərq Tərəfdaşlığı” Proqramının 5-ci ildönümünə həsr olunmuş Sammitdə çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana verdiyi “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” tutarlı cavabı bir daha Azərbaycanın müstəqil və Türkiyəni müdafiə edəcək qədər güclü dövlət olduğunu nümayiş etdirdi”. Bu fikri isə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev bu cür çıxışı və mövqeyilə bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının nə qədər sarsılmaz və möhkəm olduğunu sübut etdi: “Eyni zamanda, qardaş Türkiyə Respublikasının rəhbərliyi də, eləcə də, bütün türkiyəlilər də gördülər ki, Azərbaycan daim Türkiyənin yanındadır və istənilən məsələdə Ankaranı müdafiə etməyə hazırdır”.
S.Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin bu cür mövqe ortaya qoymasından sonra Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyi sərgiləyən qüvvələr də öz cavablarını almış oldular: “Yaxın tariximizdən də bəllidir ki, zaman-zaman müəyyən qüvvələr Azərbaycanla Türkiyə arasındakı münasibətlərə kölgə salmağa çalışıblar. Amma hər iki dövlətin bir millətinin və rəhbərliyinin iradəsi mənfur düşmənlərin siyasi təzyiqlərini neytrallaşdırıb və qardaşlıq əlaqələrinin toxunulmazlığı təmin edilib”.
Millət vəkili bir daha iki dövlət arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və qarşılıqlı müdafiə nəticəsində Dağlıq Qarabağ və qondarma “erməni soyqırımı” kimi problemlərin həll ediləcəyinə əmin olduğunu bildirib.
Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev də bildirib ki, Praqada “Şərq Tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Sammitdə Türkiyəni uydurma “erməni soyqırımını” tanımamaqda və ölkəsilə sərhədləri açmamaqda günahlandıran indi Ermənistan adlanan ölkənin prezidenti Serj Sarkisyana Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev çıxışı ilə layiqli cavab verib. Onun sözlərinə görə, paradoksal fakt odur ki, Xocalıda törədilən vəhşilikdə əli olduğunu özü söyləyən S.Sarkisyan o cür yüksək kürsüdən kimlərisə olmayan soyqırımında suçlandırır. “Əli azərbaycanlıların qanına batan bu erməni terrorçusunu yerində oturtmaqla Prezident İlham Əliyev bir daha Ulu öndərin “Bir millət, iki dövlət” deyiminin, sadəcə söz olmadığını ortaya qoydu. Prezidentimiz işğalçı ölkənin başçısını ifşa etdi”, - deyə qeyd edən millət vəkili onu da vurğulayıb ki, əgər Azərbaycanın dövlət başçısının sərgilədiyi bu təəssübkeşliyi digər türk dövlətlərinin liderləri də sərgiləsəydilər, indi Türk dünyası tam fərqli bir durumda olardı.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

