/ / Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ikitərəfli əlaqələrin və regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir
Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ikitərəfli əlaqələrin və regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir
15.04.2014 [09:22]
Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri iki ölkə arasında əlaqələrin və regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
AzərTAc xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Prezident İlham Əliyevin İrana səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Səfərin əhəmiyyətindən danışan M.Pakayin Prezident İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani və ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşlərində aparılmış hərtərəfli müzakirələrin önəmini vurğulayıb. Diplomat, həmçinin səfər zamanı Azərbaycan ilə İran arasında imzalanmış sənədlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş”dir. Həmin stansiyaların tikilməsi iki ölkənin elektrik enerjisinə tələbatını təmin etməklə yanaşı, Araz çayının suyunun səmərəli istifadəsinə də zəmin yaradacaq.
Ölkələrimiz arasında əlaqələrin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətini qeyd edən səfir bildirib ki, bu quruma hər iki tərəfdən yeni sədrlərin təyin edilməsi komissiyanın fəaliyyətində dönüş yaradacaq və onun işinin sürətlənməsinə səbəb olacaq. Komissiya işə başlayandan sonra iki ölkə arasında energetika, turizm və digər sahələrdə əməkdaşlıq daha da möhkəmləndiriləcək.
Diqqətə çatdırılıb ki, hər iki ölkənin əməkdaşlığı həm də regional təhlükəsizliyin təmini baxımından önəmlidir. Buna görə də səfər zamanı keçirilən görüşlərdə bölgədəki sabitlik naminə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, İran Prezidenti Həsən Ruhani bu problemin ədalətli şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25

