Bakıda ikinci Xəzər Beynəlxalq su texnologiyaları konfransı keçirilib
12.04.2014 [09:58]
Aprelin 11-də Bakıda ikinci Xəzər Beynəlxalq su texnologiyaları konfransı keçirilib. Beynəlxalq konfrans su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - “CATEF-2014” sərgisi çərçivəsində təşkil olunub.
AzərTAc xəbər verir ki, Baş nazirin müavini Abid Şərifov beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Baş nazirinin müavini çıxışında bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tutub. Bunun nəticəsidir ki, Azərbaycanda son illər dünya və Avropa səviyyəli iqtisadi, mədəni və s. sahələr üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Ən möhtəşəm idman tədbirlərindən olan birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərar qəbul etməsi ölkəmizin nüfuzundan xəbər verir.
Azərbaycan iqtisadiyyatının statistik göstəriciləri barədə məlumat verən A.Şərifov bildirib ki, 2013-cü ildə iqtisadi inkişafımız davam etdirilib.
Ölkədə həyata keçirilən su-kanalizasiya layihələrindən danışan Baş nazirin müavini diqqətə çatdırıb ki, son illərdə Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, kənd və qəsəbələrin su təchizatı problemləri mərhələlərlə həll edilir, əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Yaxın vaxtlarda Bakı və Abşeron yarımadası əhalisinin fasiləsiz su təchizatını tam təmin etməyə imkan verən Ceyranbatan ultrasüzgəcli su emalı qurğusu istismara buraxılacaq. Bir neçə il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəməri, ötən il 268 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarı istifadəyə verilib. Bu il ölkənin qərb rayonlarının su təchizatında mühüm əhəmiyyətə malik olacaq 160 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarının istifadəyə verilməsi gözlənilir.
Ermənistanın Azərbaycana hərbi təcavüzünə də toxunan A.Şərifov münaqişə nəticəsində torpaqlarımızın işğal olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb. Bildirib ki, buna görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon bu cür layihələrdən kənarda qalıb.
Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışan Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan hökuməti su ehtiyatlarının və ətraf mühitin qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətini götürüb.
Konfransda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov su ehtiyatlarının inteqrasiyalı idarə edilməsində hövzə prinsipinin əsas götürülməsinin əhəmiyyətindən danışıb. ASC-nin sədri bildirib ki, Azərbaycan Cənubi Qafqazın əsas çayları olan Kür və Arazın aşağı axarlarında yerləşir. Digər tərəfdən ölkəmizin şirin su ehtiyatlarının 70 faizdən çoxu ölkə hüdudlarından kənarda formalaşır. Biz transsərhəd su axınlarının, xüsusilə içməli su kimi istifadə etdiyimiz Kür və Araz çaylarının çirklənməsini müşahidə edirik.
Son illər Azərbaycan Respublikası regionlarının, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görüldüyünü vurğulayan Q.Hüseynov deyib: “Azərbaycanın dövlət büdcəsi, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW Bankı, İsveçrənin SECO Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondunun kreditləri hesabına ölkə ərazisində, ümumilikdə, 52 şəhəri və 750-dən artıq kəndi əhatə edən layihələr icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılmış, 14-də layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür.
Birinci Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransından keçən dövr ərzində Bakı şəhərinin içməli, tullantı və yağış suları infrastrukturlarının 2035-ci ilə qədər perspektiv inkişafını nəzərdə tutan Master Planın hazırlanması başa çatdırılmışdır. İçməli və çirkab suların tərkibinin ən müxtəlif kimyəvi və bakterioloji analizlərini aparmağa imkan verən müasir Mərkəzi Laboratoriya tikilib istifadəyə verilmişdir”.
Dünya Su Şurasının vitse-prezidenti Doğan Altınbilək konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətini vurğulayaraq, dünyada suya artan tələbatdan danışıb və təbii ehtiyatlardan səmərəli istifadənin şirin su ehtiyatlarının qorunmasındakı rolundan bəhs edib.
Koreya Su Forumunun vitse-prezidenti Jonq Moolee isə deyib ki, Azərbaycanda keçirilən ikinci Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı, eləcə də Koreya Respublikasında keçiriləcək yeddinci Dünya Su Forumu qarşımızda duran problemlərin həlli baxımından çox vacibdir.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov əhalinin keyfiyyətli içməli su ilə təminatından bəhs edərək bildirib ki, ölkəmizdə əhalinin dünya standartlarına uyğun içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə irimiqyaslı layihələr icra edilir. Eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və inşası üzrə tədbirlər həyata keçirilir.
Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayan A.Məhərrəmov bu istiqamətdə “Azərsu” ASC ilə birgə əməkdaşlıq çərçivəsində kadr hazırlığı prosesindən də danışıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova dünyada əhalinin yüksək artım templəri, istehlakın qeyri-ciddi paylanması, ətraf mühitin çirkləndirilməsi, suyun qeyri-səmərəli idarə edilməsi və istifadəsi nəticəsində mövcud ehtiyatların sürətlə tükəndiyini bildirib, konfransın həmin məsələlərin müzakirəsi baxımından böyük rola malik olduğunu vurğulayıb.
Sonra konfrans işini sessiyalarda davam etdirib.
Sessiyalarda “Su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr”, “Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (İWRA) xüsusi sessiyası - Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar”, “İçməli su emalında innovativ texnologiyalar”, “Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları; GİS texnologiyalar”, “Yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi” mövzuları üzrə məruzələr dinlənilib, su problemlərinin həlli yollarının araşdırılması ilə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

